İsmətin məmur olmaq arzusu
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Haqqında danışdığım İsmət çoxdan tanıdığım bir gənc idi. Ucqar dağ kəndindən ailəsi ilə rayona gələrək kirəyə evdə yerləşmişdilər. İsmətin atası konkret bir peşə sahibi olmasa da əlindən müəyyən qədər müxtəlif işlər gəlirdi. Dülgərlikdən tutmuş santexnikə qədər bütün xırda işləri ustalıqla görürdü. Anası isə tibb bacısı idi. Onlar kənddə özlərinə uyğun iş olmadığı üçün rayondakı xəstəxanaların birində çalışmaq qərarına gəlmişdilər. Bu ailə bizim qonşuluqda köhnə yarı tikli evdə müvəqqəti yaşayırdı.
Ata-anası rayona köçüb gələndə İsmətin cəmi beş yaşı vardı. İsmət bir müddət buraya gələndən sonra bağçaya getmişdi. Hiss olunurdu ki, bağça həyatı uşağı çox dəyişdirmiş, onu əvvəlkindən daha dilli, daha cürətli etmişdir.
İsmətin atası Ehtiram bir o qədər insanlara qaynayıb-qarışan deyildi. Buna baxmayaraq bir qonşu kimi məni həyətdə görəndə yanıma gəlib görüşər, hal-əhval tutardı. Bəzən də mən onunla söhbət etmək üçün kirayə qaldığı evinə gedirdim. Televiziyada futbol qarşılaşması zamanı məni çağırar, birlikdə maraqla oyunu izləyərdik.
Bir dəfə onlara gedəndə İsmətin qəribə hərəkətinin şahidi oldum. İsmət əllərini arxasında tutaraq şux vəziyyətdə evin ortasında gəzir, mən məmur olacağam, icrada işləyəcəyəm, - deyirdi. İsmətin bu hərəkətinə anası kənardan təəccüblə baxıb sevinərək dodaqaltı dedi: - Mənim məmur oğlum.
Bir dəfə araya salıb İsmətdən soruşdum: - Sən niyə məmur olmaq istəyirsən, İsmət?
İsmət dedi: - Əmi, mən məmur olacağam və icrada işləyəcəyəm. Ona görə ki, mənim kostyum geyinib və qalstuk bağlayıb gəzməkdən xoşum gəlir.
Bir dəfə rayonda güclü külək əsməyə başladı. Küləyin sürəti o qədər çox idi ki, evlərə və binalara xeyli zərər dəydi. Gecədən səhərə qədər davam edən bu təbii hadisə rayonun ərazisində bir neçə obyekt və evlərə ziyan vurdu. O cümlədən İsmətgilin yaşadığı evin eyvanının dam örtüyünü küləyin təsirindən uçub dağıldı.
Səhəri gün Ehtiram hadisə ilə bağlı Rayon İcra Hakimiyyətinə xəbər verməyə getdi. İcra Hakimiyyətindən bildirdilər ki, bir neçə gündən sonra gəlib əraziyə baxış keçiriləcək, dəymiş ziyanı hesablayacaqlar.
Həqiqətən də bir neçə gündən sonra rayon mərkəzindən nümayəndələr gəldilər. Onlar evin ətrafını gəzərək müəyyən qeydlər götürdülər. İsmət uzaqdan onların hərəkətini müşahidə edir, həm də məmurların eyni zamanda xalq üçün gərəkli işlər gördüklərini və bütün bu işlərin onların bir “vəzifə borcu” olduğunu dərk etdi. Onların belə can-başla iş görməyindən İsmət qürrələndi, böyüyəndə məmur olmaq arzusunda səhv etmədiyini anladı. İsmət fikirləşirdi ki, məmur həm özünün şux geyimi, həm biliyi, həm də xalqın yardımını əsirgəməyən intizamlı biri olmalıdır.
Gələn nümayəndə heyəti öz işini gördükdən sonra çıxıb getdi. Bildirdilər ki, bir neçə gündən sonra gəlib evin damını təmir etdirəcəklər. Elə də olmalı idi. Axı onlar xalqın yardımçıları idi.
Lakin aradan xeyli vaxt keçməsinə baxmayaraq İsmətgilin evinin damını düzəltməyə heç kim gəlmədi. Ehtiram bir neçə dəfə müraciət etsə də yenə xeyri olmadı. Çarəsiz qalan ata özü evi təmir etmək üçün bazara gedib material aldı. Buna baxmayaraq iş yenə yarımçıq qaldı. Çünki Ehtiram bu işi özü bacarmır, başqasına gördürməyə də gücü çatmırdı. Odur ki, gedib başqa bir yerdə kirayə ev tapdılar.
Bu yaxınlarda İsməti gördüm. Ali təhsil müəssisəllərindən birində oxuduğunu dedi. Hansı peşənin sahibi olacağını soruşduqda İsmət dedi:
Tibb Universitetini bitirib həkim olacam!
Mehman Fərmanov
Newscenter.az üçün
Bu mövzuda digər xəbərlər:Yaradan olmaq arzusu
08 Sentyabr 2026 14:10
Məmur olmaq istəyənlər imtahan verəcək
03 Fevral 2026 11:32
Arzusu vəkil olmaq imiş... Video
06 May 2025 23:55
Məmur olmaq istəyənlər imtahan verdi (Yenilənib)
03 Avqust 2025 15:03
Məmur olmaq istəyənlər imtahan verəcək Xəbərdarlıq
11 Mart 2026 12:20
Baxış sayı:72
Bu xəbər 18 Noyabr 2026 08:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















