Icma.az
close
up
RU
Balıqçı balığını tutur, çoban qoyununu otarır…

Balıqçı balığını tutur, çoban qoyununu otarır…

Icma.az, Qol.az saytına istinadən bildirir.

Ötən gecə Farer adaları milli komandası növbəti dəfə nəticəsi ilə hər kəsi təəccübləndirdi. Onlar gələn il keçiriləcək dünya çempionatının seçmə mərhələsində Avropanın böyük komandalarından sayılan Çexiya millisi üzərində 2:1 hesablı qələbə qazandı. Bununla da xallarını 12-ə çatdıraraq mundiala vəsiqə şansını artırmış oldu. Həm də bununla əvvəlki turda Monteneqronu darmadağın etmələrinin (4:0) təsadüf olmadığını göstərdilər. 

Arxipelaq ölkənin millisi Cəbəllütariqə də hər iki oyunda qalib gəlib ki, bu da qrupda 4 qələbə deməkdir. Hazırda L qrupunda Xorvatiya 16 xalla lider, Çexiya 13 xalla 2-ci, Farer adaları isə 12 xalla 3-cü yeri tutur. Yəni son gedişat onu göstərir ki, bu komandanın dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansı var.

Futbol ölkəsi sayılmayan və cəmi 54 mindən bir az çox, yəni təxminən Azərbaycanın Zərdab rayonu qədər əhalisi olan bir ölkədə futbolun necə işkişaf etdirilməsi maraq oyatmaya bilməz. 

Farer adaları millisinin futbolçularının əksəriyyəti yerli liqalarda çıxış edir. Son görüşlərdə millidə beş legioner həyatı yaşayan futbolçu çıxış edib. Deməli, məsələ təkcə ölkə xaricində oynamaqda deyil, düzgün iş qurmaqla, yerli çempionatda oynayan futbolçularla da hansısa uğurları əldə etmək olar. Müqayisə üçün bildirim ki, son toplanışda Azərbaycan millisinə dörd legioner futbolçu çağırılsa da, yaxın keçmişdə bu say 8-10-a qədər yüksəlib və heç bir nəticəsi də olmayıb.

Uğurun sirrini çözmək üçün daha bir müqayisə aparaq. Farer adalarında dövlətin futbola ayırdığı büdcənin 70 faizi uşaq futboluna, akademiyalara və məşqçi təlimlərinə yönəldilir. Azərbaycanda isə maliyyənin böyük hissəsi legioner futbolçulara və məşqçilərə sərf olunur. Hansı ki, heç bir perspektiv vəd etmir. Perspektivdən danışmışkən, 2018-ci ilin oktyabrın 11-də bizim yığmamız Millətlər Liqasının oyununda səfərdə Farer adalarına 3 cavabsız qolla qalib gəldi. Hazırda “onlara qalib gələ bilərikmi” sualının yaranması isə başqa bir dərddir. Bu xatırlatmanı həm də ona görə edirəm ki, əsas şərtin futbola yanaşmanın düzgün olduğunu göstərə bilim. Həmin 2018-ci ilin payızında millimiz Farer adalarını Bakıda da məğlub etmişdi. İki cavabsız qol da onda vurmuşduq. Ancaq hazırda komandası “Qarabağ” Avropaya səs salan Qurban Qurbanova AFFA-nın o vaxtkı rəhbərliyi tərəfindən şans verilmədi və təyinatından cəmi 1 il sonra onunla yolları ayırdılar. 

Farer adalarının 2011-ci ildə təyin olunan baş məşqçisi Lars  Olsen isə 2019-cu ilə qədər işlədi. Yəni onlar bir sistem qurdular və arxasında getdilər. Hazırda Farer adaları millisinin aparıcı oyunçularının yaşı 20-25 arasıdır. Elə ötən gün Çexiyaya qol vuranlardan birinin 21, digərinin 23 yaşı var. Təbii ki, bu futbolçuların əksəriyyəti Lars Olsenin dövründə milliyə cəlb olunanlardır. Bizdə isə AFFA-nın Qurban Qurbanovun öz sistemini qurmağa macal verməməsi bir yana, ondan sonra üç əcnəbi məşqçi gətirildi. Üçü də birinə dəymədi.  Nəticədə millimiz getdikcə tənəzzül uğradı. Haitiyə, Belarusa uduzduq, Estoniyanı kimi zəif komandanı hər iki görüşdə (qolsuz) məğlub edə bimədik. Latviyaya da qol vurmağı bacarmadıq. 

Bu gün milli komandamız DÇ-2016-nın seçmə mərhələsində Ukraynanın qonağı olacaq. Bu rəqibdən Bakıda xal almağı (1:1) bacarmışıq. Bugünkü görüşdə də komandamızın yaxşı nəticə qazanacağına ümidimiz az deyil. 

Amma artıq tək-tük xallar, qələbələr yox, stabil oyun, perspektiv vəd edən komanda görmək istəyirik. Bunun üçün isə nə futbolçudan, nə də 6 ay-1 il işləyən baş məşqçidən gözləntimiz olmalıdır. Yeni təyin olunan baş məşqçi Ayxan Abbasovun klublardakı işini görmüşük. Heç nədən komanda formalaşdırmağı da bacarır, nəticə qazanmağı da. Amma nəticəni bir yana qoyub, futbolçu yetişdirmək lazımdır. Elə Farer adaları kimi.  

Farer adaları millisi futbolumuza göstəriləcək yüzlərlə nümunədən biridir. Yəni cəmi 53 min nəfər əhalisi olan ölkədə futbolçu yetişdirə bilirlər. 

2018-ci ildə Millətlər Liqası oyunu üçün səfər etdiyimiz Farer adalarının paytaxtı Torşavnda qarşımıza insan çıxanda sevinirdik. Yəni sıxlıq o qədər azdır. Ölkədə elə adalar var ki, cəmi 5-10 nəfər sakini var. Onlar da çobanlardır. Yəni qoyunçuluq və balıqçılığın daha çox inkişaf etdiyi bir ölkənin futbol komandası da təəccübləndirməyi bacarır. Demək ki, onlarda futbolu idarə edənlər qoyunçuluqla məşğul olanlar deyil. Yəni balıqçı balığın tutur, çoban qoyununu otarır, futbol adamı isə bu sahə ilə məşğul olur. 

Ramiq Ağaməmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://qol.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri