Azərbaycan və Keniya QHT ləri arasında əməkdaşlıq dərinləşir
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
2026-cı il noyabrın 4-6-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nədimə Rəhimli Keniya Respublikasının Nayrobi şəhərində səfərdə olub.
Newscenter.az xəbər verir ki, səfər çərçivəsində Nədimə Rəhimli Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Keniyadakı Səfirliyinin təşkilatçılığı, Keniya Xüsusi Təlim-Tədris İnstitutunun (KXTTİ) və Keniya Prezidentinin qızı Şarlin Rutonun rəhbərlik etdiyi “Beynəlxalq Gənclər Şəbəkəsi” İctimai Birliyinin dəstəyi ilə keçirilən tədbirdə iştirak edib.
Tədbir çərçivəsində Keniya Gənclərinin Liderliyi və İnnovasiya Mərkəzində təşkil olunan panel müzakirəsində Nədimə Rəhimli “Münaqişədən əməkdaşlığa: Azərbaycanın dayanıqlı sülh prosesində mövqeyi” mövzusunda çıxış edib. O, çıxışında Azərbaycanın sülhün möhkəmləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində təşəbbüslərinə toxunub. N.Rəhimli Azərbaycan-Keniya QHT-ləri arasında əməkdaşlığın gücləndiyini bildirib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Azərbaycan və Belarus QHT ləri əməkdaşlıq edəcək
28 Sentyabr 2026 18:04
QHT Agentliyi Keniya təşkilatı ilə əməkdaşlıq edəcək
21 Noyabr 2024 14:03
Azərbaycan və Keniya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib
30 Sentyabr 2025 17:29
Azərbaycan və Qazaxıstan QHT ləri arasında əməkdaşlıq: “Psixoloqlar üçün Psixiatriya Kursu”na start verildi
21 Fevral 2026 23:45
TDT nin QHT ləri arasında əməkdaşlıq daha da gücləndiriləcək
16 May 2026 21:23
Baxış sayı:87
Bu xəbər 12 Noyabr 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















