Icma.az
close
up
RU
Ballar, plan yerləri, yeni universitetlər: 2025 ci ildə abituriyentləri hansı yeniliklər gözləyir?

Ballar, plan yerləri, yeni universitetlər: 2025 ci ildə abituriyentləri hansı yeniliklər gözləyir?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər il ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlərin sayında artım müşahidə edirik. Bununla yanaşı, plan yerlərinin artması da müşahidə edilir.

Ötən il ali təhsil müəssisələrinin müsabiqəsində 82 883 nəfər iştirak edib. Onlardan 55 656 nəfəri (o cümlədən 7 287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 117 (o cümlədən 1 579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 539 (o cümlədən 5 708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Yüksək nəticə göstərən abituriyentlərin sayı artdıqca müxtəlif ixtisaslar üzrə keçid balında artımlar, bəzilərində isə əksinə - azalmalar olur.

Maraqlıdır, bu il ali təhsil müəssisələrinə qəbul olanları hansı yeniliklər gözləyir? Plan yerləri və ixtisaslar üzrə keçid ballarında artım olacaqmı?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan elm və təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, Azərbaycanda ali təhsil müəssisələrinə tələb qəbulu sistemində son illərdə ciddi dəyişikliklər müşahidə olunur:

"Təhsil siyasətində aparılan islahatlar nəticəsində plan yerlərinin artırılması, yeni universitetlərin yaradılması və qəbul qaydalarının tənzimlənməsi tendensiyası davam edir. 2025-ci ildə də bu istiqamətdə yeni addımların atılacağı gözlənilir. 2015-ci ildən bəri ali məktəblərə qəbul olan tələbələrin sayında stabil artım müşahidə edilir.

2015-ci ildə bu göstərici təxminən 35 min nəfər olduğu halda, 2023-cü ildə artıq 53 minə çatıb. 2024-cü ildə isə bu rəqəm 58 minə qədər yüksəlib. Bu artım təkcə ali təhsil müəssisələrinin sayının çoxalması ilə deyil, eyni zamanda, dövlətin təhsil sahəsində apardığı siyasətlə əlaqəlidir. Xüsusilə, ölkədə yeni universitetlərin yaradılması və dövlət sifarişli yerlərin artırılması bu göstəriciyə təsir edən əsas faktorlardandır".

Kamran Əsədovun sözlərinə görə, Azərbaycan ali təhsil sistemində plan yerlərinin artırılması tendensiyası son illərdə daha da güclənib:

"2023-cü ildə 53 mindən çox plan yeri ayrıldığı halda, 2024-cü ildə bu rəqəm 58 mini keçib. Bu artımın əsas səbəblərindən biri dövlət sifarişli yerlərin genişləndirilməsidir. 2023-cü ildə dövlət sifarişli yerlərin sayı 49%-ə qədər yüksəldi ki, bu da tələbələr üçün daha əlverişli şərait yaratdı. Bu tendensiyanın 2025-ci ildə də davam edəcəyi gözlənilir və plan yerlərinin təxminən 63-65 minə çatacağı proqnozlaşdırılır. Bu isə daha çox abituriyentin ali təhsil müəssisələrinə qəbul olunmaq imkanını artıracaq.

Plan yerlərinin artması keçid ballarına birbaşa təsir göstərir. Son illərdə bəzi ixtisaslar üzrə keçid ballarında azalmalar müşahidə olunub. Xüsusilə, mühəndislik, kənd təsərrüfatı və təbiət elmləri sahəsindəki ixtisaslar üzrə keçid ballarında azalmalar baş verib. 2024-cü ildə mühəndislik ixtisaslarında keçid balları bir qədər azaldı və plan yerlərinin genişləndirilməsi nəticəsində bu ixtisaslara qəbul olmaq daha əlçatan oldu. 2025-ci ildə də bu tendensiyanın davam edəcəyi və bəzi ixtisaslar üzrə keçid ballarında 10-20 bal arasında azalma ola biləcəyi ehtimal edilir".

Ekspertin sözlərinə görə, son illərdə Azərbaycan universitetlərinə qəbul olan abituriyentlərin nəticələrinə baxdıqda 200-300 bal aralığında nəticə göstərənlərin faizinin artdığı müşahidə olunur:

"2023-cü ildə 700 ballıq sistemdə 200-300 bal toplayan abituriyentlərin faizi 40-dan çox idi. Bu isə qəbul prosesində abituriyentlərin bir hissəsinin aşağı ballarla universitetlərə qəbul olduğunu göstərir. Xüsusilə, region universitetlərində plan yerlərinin tam dolmaması səbəbindən keçid balları daha da azalıb. 2025-ci ildə də eyni tendensiyanın davam edəcəyi gözlənilir və bu, abituriyentlər üçün ali təhsil almaq imkanlarını genişləndirəcək".

K.Əsədov 2025-ci ildə də xaricdə təhsilə ayrılan plan yerlərinin artacağı və dövlətin bu sahəyə daha çox vəsait ayıracağının gözlənildiyni deyib:

"Son dövrlərdə təhsil siyasətində xaricdə təhsilin dəstəklənməsi ilə bağlı yeni proqramlar həyata keçirilir. "Xaricdə təhsil üzrə 2022-26-cı illər üzrə Dövlət Proqramı" çərçivəsində hər il 500-dən çox gəncin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alması nəzərdə tutulub. Bu proqramlar daxili qəbul sisteminə də təsir edir. Xaricdə təhsil imkanlarının genişləndirilməsi yerli universitetlərə rəqabət yaradır və ali təhsil müəssisələrinin keyfiyyətini artırmaq üçün stimullaşdırıcı faktor rolunu oynayır. 2025-ci ildə də xaricdə təhsilə ayrılan plan yerlərinin artacağı və dövlətin bu sahəyə daha çox vəsait ayıracağı gözlənilir.

Ölkədə ali təhsil müəssisələrinin sayının artması qəbul prosesinə də təsir edir. Xüsusilə, yeni yaradılan Qarabağ Universiteti, Türkiyə-Azərbaycan Universiteti və İtaliya-Azərbaycan Universiteti 2024-cü ildən etibarən tələbə qəbuluna başlayıb. Qarabağ Universitetinin bu il əlavə olaraq 2 000 nəfərə yaxın tələbə qəbulu planlaşdırılır ki, bu da ümumi ali təhsil sistemində tələbə sayının artmasına müsbət təsir edəcək. Yeni universitetlərin yaradılması həm də ixtisas müxtəlifliyini artıracaq və abituriyentlər üçün yeni seçim imkanları yaradacaq".

O vurğulayıb ki, 2025-ci ildə qəbul prosesində baş verəcək dəyişikliklərdən biri də bəzi ixtisaslar üzrə dövlət sifarişli yerlərin artırılmasıdır:

"Xüsusilə, informasiya texnologiyaları, süni intellekt, mühəndislik və kənd təsərrüfatı sahələrində plan yerlərinin artırılması gözlənilir. 2024-cü ildə dövlət sifarişli yerlərin sayında artım baş verdiyi kimi, 2025-ci ildə də bu sahələrə əlavə plan yerlərinin ayrılması mümkündür. Bu isə həmin sahələr üzrə keçid ballarının bir qədər azalmasına və tələbələrin dövlət sifarişli yerlərə qəbul olma imkanlarının artmasına gətirib çıxaracaq".

Ekspert tələbə qəbulunun artması ilə ali təhsil sisteminin keyfiyyət məsələsi barədə fikirlərini də bölüşüb:

"Son illərdə bəzi universitetlərdə tələbə sayının çoxalması nəticəsində təhsil keyfiyyətində müəyyən problemlər yaranıb. Xüsusilə, kadr çatışmazlığı, təhsil infrastrukturunun yetərsizliyi və tələbə sıxlığının artması universitetlərin effektiv işləməsinə mənfi təsir göstərir. 2025-ci ildə bu problemlərin həlli üçün yeni tədbirlərin görüləcəyi gözlənilir. Xüsusilə, universitetlərdə müəllim kadrlarının artırılması və keyfiyyətin yüksəldilməsi üçün yeni layihələrin həyata keçirilməsi mümkündür".

Təhsil eksperti Vüsal Kərimli hesab edir ki, qəbul ballarının artması əsası olmayan bir iddiadır:

"Balların artmasını öncədən proqnoz etmək həm doğru deyil, həm də mümkün deyil. Buraxılış imtahanlarının nəticəsinin ümumi şəkli olduqdan sonra ballar barədə ilkin təsəvvür yarana bilər. Baxmayaraq ki, ötən il buraxılış imtahanlarından 300 bal toplayanların sayı çox idi, lakin qəbul ballarında cüzi fərq oldu. Qəbul balının hansısa ixtisasda artması universitetin, hansısa qurumun işi deyil. Abituriyentlərin göstərdiyi nəticə və universitetin hər hansı bir ixtisasına verilən müvafiq bal əsasında müsabiqə yaranır. Heç bir bal artımından söhbət gedə bilməz. Hətta ballar enməsə belə, qəbul yerlərinin sayı artacaq. Bu tək bizdə deyil. Dünyanın bir çox yerində ən yaxşı sahələri, keyfiyyətli təhsili təklif edən universitetlərin balları hər zaman yüksək olur. Bu, qaçılmaz faktdır.

Balların artacağını deməklə abituriyentləri daha da stresə salmaq doğru deyil".

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Mart 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri