Icma.az
close
up
RU
Balqabağın faydası

Balqabağın faydası

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Balqabaq çox zəngin mineral tərkibə malikdir. Burada C, E, PP, K, B qrupu vitaminləri, mineral və mikroelementlər (dəmir, mis, kalium, ftor, sink, kalsium), fruktoza, pektin maddələri var.

Belə zəngin tərkib balqabağı insanın müxtəlif orqan və sistemləri üçün çox faydalı edir.

Balqabaq həzm sistemi üçün çox faydalıdır. Qara ciyər, öd üçün balqabaq xüsusilə faydalıdır - bu orqanları təmizləyir, fəaliyyətini yaxşılaşdırır. Balqabaq qara ciyər sirrozu və iltihabları zamanı müalicəvi vasitə kimi istifadə olunur.

Balqabaq və balqabaq şirəsi sinir və ürək-damar sisteminə müsbət təsir edir, qan damarları təmizləyir və möhkəmləndirir, nevroz və yuxusuzluqla mübarizə edir.

Balqabaq orqanizmi ödemlərdən azad edir, böyrəklərin funksiyasını yaxşılaşdırır.

Pektin maddələri ilə zəngin olan balqabaq orqanizmi toksinlərdən və digər ziyanlı maddələrdən təmizləyir, artıq xolesterini orqanimdən çıxardır.

Hamiləlik zamanı balqabaq toksikozla mübarizə etməyə kömək edir.

Sellülozla zəngin olan balqabaq qəbizlik zamanı yaxşı kömək edir, arıqlamaq məqsədi ilə tutulan pəhrizlərdə uğurla istifadə oluna bilər.

Balqabaq karotinlə zəngindir. Bu qalqabağı görməsində pozulmalar olan insanlar üçün və xüsusilə uşaqlar üçün çox faydalı edir.

Balqabaq dəmirlə olduqca zəngindir. Bu səbəbdən anemiyadan (qanazlığı) əziyyət çəkən insanlar bu tərəvəzi öz menyusuna mütləq daxil etməlidir.

Balqabaq şirəsi öskürklə mübarizə aparır, bronxları təmizləyir.

Balqabağın tumları da çox faydalıdır. Bu tumlar sinklə zəngindir. Sink isə kişilərin cinsiyyət funksiyasına çox müsbət təsir edir - potensiyanı gücləndirir, spermatogenezə  müsbət təsir edir.

Bundan əlavə balqabaq tumları antihelmint (qurdları öldürən) təsirinə malikdir. Bu xüsusilə uşaqlar üçün vacibdir. Hər gün uşağa 1 ovuc (uşaq ovucu) təmizlənmiş balqabaq tumları vermək olar.

Müxtəlif dəri xəstəlikləri (psoriaz, ekzema), yanıqlar zamanı təzə balqabaq effektli müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün təzə balqabağın 1 tikəsini götürüb, qabığını soymaq, əzmək və zədələnmiş sahəyə qoymaq lazımdır.

Balqabaq üz dərisinə də çox müsbət təsir edir, cavanlaşdırır, daha hamar və sağlam edir. Bu kimi cavanlaşdıran üz maskası reseptindən istifadə edə bilərsiniz: balğabağın kiçik tikəsi təzmizlənir, sürtgəcdən keçirilir. Ora 1 xörək qaşığı xama və 1 çay qaşığı bal əlavə olunur və yaxşı qarışdırılır. Maskanı üzünüzə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 19 Noyabr 2024 03:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see421

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see386

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see384

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see349

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see345

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see337

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see263

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see260

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see185

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri