Icma.az
close
up
RU
Baltanı götürdüm... Ağadadaş Ağayev İFADƏ VERDİ

Baltanı götürdüm... Ağadadaş Ağayev İFADƏ VERDİ

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artisti sərbəst ifadə verib.

Bildirib ki, həmin gün qəza keçirib və sözügedən hospitalda əməliyyat olunub: “Əməliyyatda qulağıma tikiş qoyuldu. Sonra məni evə buraxdılar. Səhər saat 7-də ağrılarım başladı. Eyvana çıxdım, qiyabi şəkildə tanıdığım hospitalın mühafizəçisinə vəziyyətimin ağır olduğunu dedim və içəridən həkim çağırmağı xahiş etdim. O isə mənə “sən kimsən ki, mənə əmr edirsən” deyərək təhqir etdi. Qapıma kimi gəldi. Onu oradan uzaqlaşdırdılar. Yenidən qapıma gəldi və “kişisənsə, aşağı düş” deyərək təhqiramiz ifadələr işlətdi. Mən aşağı düşdüm, özümü müdafiə məqsədi ilə həyat-bacada işlədilən balaca baltanı götürdüm. Əgər onu vurmaq istəsəydim, qapımda vurardım. Bunun hüquqi cəhətdən fərqini bilirəm. Onu qorxutmaq və uzaqlaşdırmaq istədim. Mühafizəçi hətta o balta ilə mənim üstümə gəlməyə cəhd etmək istəyib. Lakin baltanı yerdən götürüb uzaqlaşdırdılar. Sonra o mənə dəyənəklə hücum etdi. Qaşımdan və tikiş qoyulmuş qulağımın üstünə vurdu. Mən yııxıldım. Yıxılandan sonra da məni vurmağa davam etdi”.

Daha sonra A.Ağayev dövlət ittihamçısının suallarını cavablandırıb. Bildirib ki, balta zərərçəkənə dəyəndə görməyib, bu epizodu yanlız videoda izləyib.

Daha sonra A. Ağzyev zərərçəkənlərin suallarını cavablayandırıb və onların dediklərini məntiqsiz adlandırıb.

Zərərçəkənlərin nümayəndələri bununla bağlı məhkəməyə etiraz edib.

Hakim Xalq artistinə xəbərdarlıq edib.

Zərərçəkən şəxsin hüquqi nümayəndəsi Ağadadaş Ağayevin verdiyi ifadə ilə istintaqa verdiyi ifadə arasında ziddiyyətin olduğunu və ifadənin elan olunması ilə bağlı vəsatət verib.
Dövlət ittihamçısı vəsatəti əsaslı sayıb və təmin olunmasını istəyib.

Vəsatət təmin olunub və ifadə elan olunub.

Məhkəmə dekabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, iş üzrə zərərçəkən kimi “Medera” hospitalın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov tanınıb.

A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir.

Hadisə bu il iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.

Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb edilib. Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib.

Xalq artisti Ağadadaş Ağayev isə “Medera Hospital”a qarşı mülki iddia qaldırıb.

İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev “Medera Hospital”dan mənəvi zərərin ödənilməsini tələb edir. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb./APA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Dekabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see300

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see290

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see271

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see251

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see239

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see233

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see189

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see179

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see177

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see177

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see166

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see165

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see165

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see165

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see164

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see163

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see162

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see159

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see145

Bu tarixlərdə insanlar avtoqəzalarda daha çox ölür?

20 Avqust 2026 00:45see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri