Icma.az
close
up
RU
Baltası qartalın caynağı olan Ramil Səfərov Saffari yazır…

Baltası qartalın caynağı olan Ramil Səfərov Saffari yazır…

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Sözsüz, Azərbaycan tarixində adı çəkiləndə gözündə qəhrəman, ləyaqət kimi anlayışlarının canlandığı adamlar var.

O adamlar ki, tarixi qanıyla, canıyla, azadlığıyla özü yaradır, özü yazır.

Məsələn, Ramil Səfərov kimi.

Əlbəttə, ola bilər. Ola bilər ki, bəzi əməllər beynəlxalq hüquqda, bəşəri dünya anlayışında qəbul edilməsin, pislənsin.

Ədalətin təkcə adının olduğu dünyada, ədalət deyəndə ağıla müğənni gələn Azərbaycanda və azərbaycanlılar arasında belə şeylər olur.

Ancaq o əməllər ki, onlar həm də milli ləyaqətdir.

Məsələn, Ramil Səfərovun əməli kimi.

Heç şübhəsiz, insan öldürmək yaxşı hal deyil.

Ancaq insanlığı öldürməyə çalışan adam və adamlara, ideya və ideologiyalara qarşı edilən hər şey müqəddəsdir.

Məsələn, Ramil Səfərovun etdiyi kimi.

Bəli, bəzən tarix kitabları qanunların dili ilə yazılır, amma millətlərin yaddaşı qanunlardan daha sərt, daha dərin, daha ağrılı bir yerdə formalaşır. Orada maddələr yox, məhz yaralar danışır. Orada qərarları məhkəmələr deyil, xalqın içində illərlə közərən xatirələr verir.

Misalı Ramil Səfərov kimi.

Bu yaddaşın içində elə adlar var ki, onlar bir şəxsdən daha çox simvola çevrilirlər.

Bu mənada, Ramil Səfərov həm də qəhrəmanlıq, milli heysiyyət simvoludur.

Əlbəttə, bəzi hadisələrə yalnız “cinayət”, “cəza”, “hüquq” kimi steril sözlərlə baxanlar, millətlərin psixoloji yaddaşını anlamaqda çətinlik çəkirlər. Çünki hüquq çox zaman hadisənin formasını ölçür, amma xalq yaddaşı səbəblərin kölgəsində gəzir.

Bu mənada, Ramil Səfərovun baltası, ilk növbədə, Azərbaycan xalqının qan yaddaşına vurulmuşdu, durultmuşdu o yaddaşı.

Onun haqqında hökm vermək asandır, anlamaq isə çətin. Çünki anlamaq üçün yalnız hadisəyə yox, hadisəni doğuran tarixi ağrıya da baxmaq lazımdır.

Bəli, o Ramil Səfərovdur.

“Bayraq kimliyimdir, bayraq mənliyim” misrası taleyinə çevirən, öz çapında, öz yolunda döyüşən adam.

Bəli, o Ramil Səfərovdur.

Azadlığını, əbədi azadlığını kimlərinsə “əski parçası” kimi gördüyü, ancaq özü bürünmək istədiyi “rəngli kəfən”in qorunmasına qurban verən qəhrəman.

Bəli, o Ramil Səfərovdur.

Haqqında danışanda təkcə bir insanın adı çəkilmir, həm də bir millətin udulmuş qəzəbi, boğazında düyünlənmiş illərin susqunluğu danışır.

Bəli, o Ramil Səfərovdur.

O Qafqazın qartalıdır!

Qartalın caynağı idi onun baltası.

Ramil Səfərov adı təkcə bir insan adı deyil.

Bəli, deyil.

Çünki olur, belə də olur. Bəzi adlar sadəcə insan adı olmur, onlar xalqın illərlə danışa bilmədiyi cümlələrin yerinə çevrilir.

Ramil Səfərov çevrildiyi kimi!

O, hüququn gecikdiyi, siyasətin susduğu, ədalətin isə olmadığı dünyada öz ədalət tərəzisini nizamladı. Tərəzinin bir gözünə qanını qaşığda qoydu, o biri gözünə azadlığını əbədi.

Bəli, Ramil Səfərovun “Qafqaz qartalı” olması təsadüfi deyildir.

Qartal həm yüksəklik, həm də təkliyin simvoludur.

O, öz içindən çıxıb yüksəkliklərə ucaldı, tək oldu, təkləndi, qayaların ən sərt yerini özünə məskən seçən qartal kimi, bu dünyanın ən pis yerini-ədəbi məhbəsi məskən seçdi, gözə aldı.

O, sərt coğrafiyanın, sərt yaddaşın, sərt taleyin adamı oldu.

Orxan Saffari
Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 May 2026 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri