Icma.az
close
up
RU
Baltik dənizində təxribat: Estoniya NATOdan donanma yerləşdirməsini istəyəcək

Baltik dənizində təxribat: Estoniya NATOdan donanma yerləşdirməsini istəyəcək

Ayna saytına istinadən Icma.az xəbər verir.

Baş nazir: “Kritik infrastrukturun zədələnməsi daha adi hala çevrilir, problem təkrarlanır”

Estoniya NATO-dan sualtı kabellərin kəsilməsindən sonra Baltik dənizində “şəkindirici donanma” yerləşdirməyi xahiş etmək niyyətindədir. Bu barədə ölkənin Baş naziri Kristen Mixal bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı məsləhətləşmələr Şimali Atlantika Alyansının bloka daxil olan ölkələrin hər hansı birinin təhlükəsizliyinə, ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə təhdidlərin müzakirəsini nəzərdə tutan 4-cü maddəsi çərçivəsində aparılacaq.

“Kritik infrastrukturun zədələnməsi daha adi hala çevrilir, problem təkrarlanır. Bu o deməkdir ki, ölkələr öz infrastrukturlarını qorumaq üçün daha yaxşı iş görməlidirlər və çəkindirmə ilə yanaşı, günahkarları daha tez müəyyən etmək mümkün olmalıdır”, Mixal qeyd edib.

Baş nazir bildirib ki, “ən vacibi potensial təhlükələrə qarşı monitorinq səviyyəsinin artırılmasıdır”.

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Alyans Estoniyaya Baltik dənizində kritik infrastrukturun qorunmasına kömək etməyə hazırdır: “NATO müttəfiqlərinin yanındadır və kritik infrastruktura edilən istənilən hücumu pisləyir. Biz Estoniya və Finlandiyanın başlatdığı araşdırmaları izləyirik və əlavə dəstək verməyə hazırıq”.

Qeyd edək ki, dekabrın 25-də Estoniya operatoru “Elering” ölkəni Finlandiya ilə birləşdirən “EstLink 2” kabelinin kəsildiyini açıqlayıb. Sərhəd xidmətləri qısa müddət sonra qəza bölgəsində gəmi görüb və ekipajdan lövbəri qaldırmağı xahiş edib, lakin səthdə yalnız lövbər zənciri aşkar edilib. Finlandiya polisi Kuk adaları bayrağı altında üzən “Eagle S” neft tankeri olduğu üzə çıxan gəmini saxlayıb. Dəniz Hərəkəti Xidmətinin məlumatına görə, kabel zədələnməmişdən əvvəl tanker Sankt-Peterburq limanını tərk edib və yanvarın 9-da Port Səidə (Misir) çatmalı imiş. Finlandiya polisi hadisəni “ağırlaşdırılmış vandalizm” kimi qiymətləndirir və işi müvafiq maddə ilə araşdırır.

Dekabrın 25-də də Estoniya ilə Finlandiya arasında üç rabitə kabeli zədələnib. Onlardan ikisi “Elisa”, üçüncüsü 2CITIC Telecom”a məxsusdur. Səlahiyyətlilər araşdırmaya başlayıb və fin operatoru “Flingrid” təxribatı istisna etməyib.

Əvvəllər Baltik dənizinin dibi ilə keçən iki telekommunikasiya kabeli noyabrın ortalarında kəsilib. Onlardan biri Litva və İsveçi, ikincisi isə Finlandiya və Almaniyanı birləşdirdi. Hadisələr ABŞ-ın Baltik dənizinin dibində əsas sualtı kabellər ətrafında Rusiyanın hərbi fəaliyyətinin artacağı barədə xəbərdarlıq etməsindən iki ay sonra baş verib. Amerika rəsmiləri bəyan ediblər ki, Rusiya Müdafiə Nazirliyi NATO ölkələrinin kritik kommunikasiya infrastrukturuna zərər vurmaq məqsədi daşıyan təxribat həyata keçirmək üçün ixtisaslaşmış bölmə hazırlayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://ayna.az
archiveBu xəbər 27 Dekabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri