Icma.az
close
up
RU
Baltik ölkəsi Azərbaycanla dostluğa sadiqdir

Baltik ölkəsi Azərbaycanla dostluğa sadiqdir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Litvanın Baş naziri İnqa Ruqiniene Azərbaycana rəsmi səfəri çərçivəsində məxsusi müsahibə verib.

Müsahibədə Baş nazir Azərbaycanla əlaqələrin inkişaf perspektivləri, enerji təhlükəsizliyi və regional əməkdaşlıq məsələlərinə toxunub. İnqa Ruqiniene Orta Dəhliz çərçivəsində əməkdaşlıq imkanlarına və iki ölkə arasında müxtəlif sahələrdə tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətini də vurğulayıb.

– Xanım Baş nazir, ilk növbədə, Bakıya səfərinizin məqsədi barədə məlumat verməyinizi xahiş edirik.

– Bu, mənim Avropa İttifaqından kənara ilk beynəlxalq səfərimdir. Baş nazir vəzifəsinə başladıqdan sonra komandamla birlikdə anladıq ki, beynəlxalq əlaqələri daha da gücləndirməliyik. Bildiyiniz kimi, coğrafi və geosiyasi vəziyyət çox dinamikdir, biz də ölkələrimizin hüdudlarından kənarda baş verənləri görürük. Buna görə də bir-birimizlə dostluğu möhkəmləndirmək çox vacibdir. Buraya gəlmək qərarını ona görə verdim ki, bizi 107 illik dostluq tarixi bağlayır. Mən Azərbaycanı bu regionda aparıcı ölkə kimi görürəm. Düşünürəm ki, münasibətlərimizin gücləndirilməsi hər iki ölkə üçün çox önəmlidir.

– Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan ölkə kimi Azərbaycan Litva ilə əlaqələrə ciddi önəm verir. Enerji layihələrinin şaxələndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. Azərbaycanın yaşıl enerji ixracatçısı kimi artan rolunu və Xəzər dənizindən Avropaya uzanacaq yaşıl enerji dəhlizini - Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizini Litva özünün enerji təhlükəsizliyi baxımından necə qiymətləndirir?

– Azərbaycanın enerji təchizatı üçün alternativ yollar üzərində işləməsi çox müsbət haldır. Təchizat zəncirləri qəfil dayana bilər və əgər alternativlərimiz yoxdursa, bu, ciddi problemə çevrilər. Buna görə də Azərbaycanın alternativ istiqamətlər yaratmaq üçün fəal çalışması məni çox sevindirir. Geniş təchizat imkanlarının mövcudluğu Avropa İttifaqı üçün də çox vacibdir. Eyni zamanda, məsələ təkcə neft və qazla məhdudlaşmır, həm də bərpaolunan enerji mənbələrini əhatə edir. Litvada biz Günəş, külək kimi alternativ enerji mənbələri sahəsində inkişaf etdirdiyimiz texnologiyaları təqdim edə bilərik. Mən bilirəm ki, Azərbaycan bu sahəyə böyük maraq göstərir və bunun üzərində fəal işləyir. Bu, ortaq ideyalar və əməkdaşlıq üçün real imkanlar yaradır.

– Litva Orta Dəhliz və digər regional logistika marşrutları çərçivəsində Azərbaycanla əməkdaşlığı necə genişləndirməyi planlaşdırır? Məsələn, Klaypeda limanı bu məsələdə hansı rolu oynaya bilər?

– Əlbəttə, Azərbaycan ilə Litva arasında əsas müzakirə mövzusu adətən enerji olur. Lakin bu, əməkdaşlıq edə biləcəyimiz yeganə sahə deyil. Litva müdafiə sahəsinə ciddi şəkildə investisiya yatırır. Biz çox həssas bir regionda yaşayırıq və hər gün müxtəlif təhdidlərlə üzləşirik. Təhlükəsizliyimizi qorumaq üçün daha çox çalışmalıyıq. Buna görə də hökumətimiz müdafiəyə daha çox vəsait ayırmaq qərarına gəlib. Mən bilirəm ki, Azərbaycanın bu sahədə mühüm nailiyyətləri var və burada təcrübələrimizi birləşdirərək bir-birimizi gücləndirə bilərik.

Bu, hamısı deyil. Kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Belə ki, Litvada ağartı sənayesi, südçülük təsərrüfatı güclüdür, Azərbaycanda isə kənd təsərrüfatı ümumilikdə çox inkişaf edib. Burada da ortaq məqamlar tapa bilərik. Eləcə də ölkələrimiz arasında təhsil, universitetlər və elm sahələrində artıq yaxşı əlaqələrimiz var, lakin elmi əməkdaşlığı və bilik mübadiləsini genişləndirərək, bunları daha da gücləndirmək mümkündür. Bundan əlavə, Azərbaycan mədəniyyət sahəsinə böyük sərmayə yatırır və biz də eyni istiqamətdə fəaliyyət göstəririk. Bu da əməkdaşlıq üçün başqa bir sahədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Aprel 2026 02:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri