Icma.az
close
up
RU
BAMF BMT də Ermənistandan deportasiya olunan və Qarabağda münaqişədən təsirlənən uşaqlardan danışdı

BAMF BMT də Ermənistandan deportasiya olunan və Qarabağda münaqişədən təsirlənən uşaqlardan danışdı

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Martın 27-də BMT-nin Cenevrə ofisində İnsan Hüquqları şurasının 58-ci Sessiyası çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Konflikt zonalarında uşaqların hüquqları” adlı yan tədbir keçirilib. Tədbirdə beynəlxalq təşkilatların, hökumət missiyalarının, xarici QHT-lərin nümayəndələri, mövzu üzrə ixtisaslaşmış elm xadimləri, media mənsubları və digər qonaqlar iştirak ediblər.

İlk olaraq BAMF-ın prezidenti Umud Mirzəyev açılış nitqi ilə çıxış edib. O, Qərbi Azərbaycandan deportasiya olunan və Birinci və İkinci Qarabağ müharibələrinin qurbanına çevrilmiş azərbaycanlı uşaqlardan danışıb: “Təəssüflə qeyd etməliyəm ki, 1988-1989-cu illərdə etnik təmizləmə nəticəsində indiki Ermənistan ərazisindən 300 mindən artıq azərbaycanlı, o cümlədən on minlərlə uşaq yaşadığı doğma torpaqlarından deporatsiya olunmuşdur. Birinci Qarabağ müharibəsində isə Dağlıq Qarabağ və ətraf rayonlarda öldürələnlər arasında minlərlə uşaqlar var idi” – deyə, Umud Mirzəyev bildirib.

Daha sonra Azərbaycanlı uşaqların da yer aldığı, dünyanın qaynar nöqtələrində münaqişələrdən təsirlənən uşaqların taleyindən bəhs edən “Müharibə və uşaqlar” adlı qısa videoçarx nümayiş etdirilib. BAMF-ın xüsusi nümayəndəsi Nik Nvolisa isə münaqişə zonalarında yaşayan uşaqlar haqqında hesabatı təqdim edib. Hesabatda Azərbaycanın mina qurbanlarının statistikası da öz əksini tapıb.

Təqdimatdan sonra tədbirin təşkilatçılarından olan “Beynəlxalq Hüquqlar və İnkişaf İnstitutu”-nun idarə heyətinin üzvü, o cümlədən, “Qlobal Su Ətraf Mühit və Sağlamlıq İnstitutu”-nun icraçı direktoru Nidal Səlim davam edən münaqişələrin uşaqların həyatına təsirlərindən, Qarabağda həyatını itirən uşaqlardan və Qəzzada baş verənlərdən danışıb: “Son günlər yenidən Qəzzada münaqişənin aktivləşdiyini müşahidə edirik. Bizi ən çox məyus edən isə həyatını itirənlər arasında uşaqların sayının çox olmasıdır. Qarabağda da eyni ağrılı insan talelərinin, hekayələrin şahidi olmuşuq. Artıq qəbul etməliyik ki, sülh və əmin-amanlıq nəinki uşaqların, bütün insanların hüquqlarının qorunmasının təməl prinsipidir.”

Qlobal Cənub Şəbəkəsinin üzvü və Cenevrə Diplomatiya Məktəbinin mentoru doktor Blerim Mustafa isə bəzi mühüm statistikaları və xüsusilə Xocalı faciəsini qeyd edib: “Beynəlxalq araşdırmalara görə, hər 6 uşaqdan 1-i münaqişənin təsirinə məruz qalan bölgələrdə yaşayır. 1990-cı illərdə münaqişə zonalarında yaşayan uşaqların sayı 10% olduğu halda, bu gün bu rəqəm təxminən iki dəfə artaraq 19%-ə çatıb. Birinci və İkinci Qarabağ müharibələri zamanı uşaqlar da bu münaqişələrin mənfi təsirinin qurbanına çevriliblər. Xüsusilə, Xocalı soyqırımı uşaqların dəhşətli qətliamı kimi tarixə həkk olunub. Bu, dünyada milyonlarla uşağın üzləşdiyi dəhşətli reallıqlardan biridir.”

Beynəlxalq Əmək Təşkilatının Baş texniki məsləhətçisi doktor Simon Hils təmsil etdiyi təşkilatın atdığı addımlardan və prinsiplərindən danışıb: “Biz müharibələr nəticəsində sosial problemlərlə üzləşən insanların mövcud durumlarının son dərəcə ağır olduğunu bilirik. Bu müddətdə uşaqların qanunsuz olaraq işlədilməsi də ən böyük qanun pozuntularındandır və biz hazırda bununla mübarizə aparırıq. Bu gün bizim əsas prinsiplərimizdən biri sosial dialoqlar vasitəsilə sülhə dəstək verməkdir.”

Texniki səbəblərdən tədbirdə iştirak edə bilməyən Beynəlxalq Əlillər Şurasının rəhbəri doktor Anna Laçovskanın və Beynəlxalq Münasibətlər İnstitutunun professoru, araşdırmaçı Katlin Prokterin tədqiqatlara əsaslanaraq hazırlanmış çıxışları da auditoriyada böyük maraqla qarşılandı. Panelistlərin çıxışları yekunlaşdıqdan sonra sual-cavab sessiyası təşkil olunub. Burada çıxış edən Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) icraçı direktoru Melissa Parke tədbirin əhəmiyyətini və BAMF ilə olan uğurlu əməkdaşlığı qeyd edərək təşkilatçılara öz təşəkkürlərini bildirib.

Tədbirin sonunda BAMF-ın beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə ünvanladığı konflikt zonalarında yaşayan uşaqların hüquqlarının təmin olunmasını və sülh təşəbbüslərini dəstəkləyən bəyanatı səsləndirilib. Bəyanatda, həmçinin, Ermənistandan deportasiya olunan və Qarabağ müharibələrindən təsirlənən Azərbaycanlı uşaqlar haqqında da faktlar qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Mart 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri