Banan tullantısı tekstil sanayesinə girir alimlərdən ekoloji kəşf
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Uqandanın Busitema Universitetinin alimləri banan plantasiyalarının tullantılarını tekstil liflərinə, saç uzatmalarına və gigiyena məhsullarına çevirmək üçün texnologiya hazırlayıblar.
Redaktor.az bu haqda "Report"a istinadla xəbər verir ki, bu barədə “SciDev.net” portalı məlumat yayıb.
Mütəxəssislər sərt təbii lifləri yumşaltmaq üçün üsul yaradıblar, onları iplik üçün uyğun hala gətiriblər.
Yerli Qayınca çeşidi ən yaxşı nəticələri göstərib - onun parlaq və möhkəm lifləri tekstil və pariklər üçün ideal olub.
"Bu, sənaye üçün inqilabdır. Biz tullantıları fermerlər üçün gəlirə çeviririk və dünyaya pambığa ekoloji cəhətdən təmiz alternativ təklif edirik", - layihə rəhbəri Edvin Kamalya bildirib.
Uğurlara baxmayaraq, təşəbbüs sortların genetik optimallaşdırılmasını məhdudlaşdıran biotexnologiya qanununun olmaması şəklində maneələrlə üzləşir.
Bundan əlavə, beynəlxalq ticarətdə malların standartlaşdırılmış təsviri və təsnifatı üçün beynəlxalq təsnifatçılarda banan lifi üçün ayrıca indeks yoxdur.
Baxış sayı:69
Bu xəbər 04 May 2025 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















