Icma.az
close
up
RU
Bandotdel dən əməliyyat: “Yetim Sabir”in adamları Bakıda saxlanılıb

Bandotdel dən əməliyyat: “Yetim Sabir”in adamları Bakıda saxlanılıb

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kriminal avtoritet “Yetim Sabir”in adamları Bakıda saxlanılıb. Onlar külli miqdarda narkotik vasitə satışı və istifadəsi ittihamı ilə həbs ediliblər. Onlardan biri saxlanılmadan bir həftə əvvəl Türkiyədə “Yetim Sabir”lə görüşdə olub.

Mia.az Musavat-a istinadla xəbər verir ki, həmin şəxs 21 yaşlı Hüseyn Əliyevdir. Naxçıvanda, Babək rayonunda anadan olan Hüseyn Əliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
İttihama görə onun üzərindən psixotrop maddə metamfetamin aşkar edilib. Həmin gün Hüseyn Əliyevlə yanaşı daha 14 nəfər saxlanılıb. Daha sonra onlardan bir neçəsinin də üzərindən narkotik vasitə aşkar edildiyindən barələrində müvafiq maddələrlə ittiham irəli sürülüb. Saxlanılan şəxslərin də “Yetim Sabir”ə yaxınlığı olduğu bildirilir.
Hüseyn Əliyevin işi ayrıca icraata verilib. Onun sözlərinə görə hadisədən bir həftə əvvəl Türkiyədə olub. O, dostu Kamranın dəvəti ilə Türkiyəyə istirahət üçün getdiyini, “Yetim Sabir”lə də görüşdüyünü etiraf edib.
Onun ifadəsindən məlum olub ki, saxlanılanlardan 7 nəfərin üzərindən narkotik vasitə aşkar edilərək götürülüb. O da həmin şəxslərin üzərinə baxış keçirilən zaman orada olub.
İttihamla özünü təqsirli bilməyən Hüseyn Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Yetim Sabir” kimi tanınan kriminal avtoritet mərhum Lotu Qulinin (Nadir Səlifov) tərəfdarlarından sayılır. Onun Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilməsi ilə bağlı xəbərlər yayılsa da öz təsdiqini tapmadı. “Yetim Sabir”in Türkiyədə olması ilə bağlı məlumatlar var.
“Yetim Sabir” son olaraq kriminal aləmdə “Gəncəli Firdovsi” kimi tanınan Firdovsi Mustafayevlə mübahisəsi ilə gündəmə gəlmişdi. Hətta “Yetim Sabir”in “Gəncəli Firdovsi” tərəfindən bıçaqlandığı bildirilirdi.

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://www.mia.az
archiveBu xəbər 15 Fevral 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri