Globe Soccer Awards 2025: Dünyanın ən yaxşı klubu, hücumçusu, yarımmüdafiəçisi və məşqçisi üzrə finalçıların tam siyahısı açıqlandı
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Birləşmiş Ərəb Əmirliklərinin Globe Soccer Awards təşkilatı 2025-ci il üçün müxtəlif nominasiyalarda final siyahılarını açıqlayıb.
İdman.Biz xəbər verir ki, ən yaxşı klubdan tutmuş, ən yaxşı hücumçu, yarımmüdafiəçi, baş məşqçi və Yaxın Şərqin ən yaxşı futbolçusu nominasiyalarına qədər bütün kateqoriyalar üzrə finalçılar rəsmi olaraq təqdim olunub.
Ən yaxşı klub
“Dünyanın ən yaxşı klubu” kateqoriyasının finalçıları siyahısında səkkiz klub yer alıb:
“Əl-Əhli” (Qahirə, Misir).
“Barselona” (Barselona, İspaniya).
“Bavariya” (Münhen, Almaniya).
“Çelsi” (London, İngiltərə).
“Flamenqo” (Rio-de-Janeyro, Braziliya).
“Liverpul” (Liverpul, İngiltərə).
PSJ (Paris, Fransa).
“Sportinq” (Lissabon, Portuqaliya).
Ötən il bu mükafatı Madridin “Real” klubu qazanmışdı. Komanda 2023/2024 mövsümündə Çempionlar Liqası, La Liqa, İspaniya Superkuboku və UEFA Superkubokunun qalibi olmuşdu.
Ən yaxşı hücumçu
“Ən yaxşı hücumçu” kateqoriyası üzrə finalçıların siyahısı belədir:
Usman Dembele (PSJ, Fransa).
Harri Keyn (“Bavariya”, Almaniya).
Xviça Kvaratsxeliya (PSJ, Fransa).
Robert Levandovski (“Barselona”, İspaniya).
Kilian Mbappe (“Real Madrid”, İspaniya).
Rafinya (“Barselona”, İspaniya).
Məhəmməd Salah (“Liverpul”, İngiltərə).
Lamin Yamal (“Barselona”, İspaniya).
2024-cü ilin ən yaxşı hücumçusu mükafatını “Real Madrid”dən Vinisius Junior almışdı.
Yaxın Şərqin ən yaxşı futbolçusu
“Yaxın Şərqin ən yaxşı futbolçusu” nominasiyasında dörd finalçı müəyyənləşib:
Kriştianu Ronaldu (“Əl-Nəsr”).
Karim Benzema (“Əl-İttihad”).
Riyad Marez (“Əl-Əhli”).
Salem Əl-Davsari (“Əl-Hilal”).
Son iki ildə bu mükafatın sahibi Kriştianu Ronaldu olmuşdu.
Ən yaxşı yarımmüdafiəçi
“Ən yaxşı yarımmüdafiəçi” kateqoriyası üzrə finalçıların sayı səkkiz nəfərdir:
Cud Bellinqem (“Real Madrid”, İspaniya).
Dezire Due (PSJ, Fransa).
Fermin Lopes (“Barselona”, İspaniya).
Joau Neveş (PSJ, Fransa).
Koul Palmer (“Çelsi”, İngiltərə).
Pedri (“Barselona”, İspaniya).
Federiko Valverde (“Real Madrid”, İspaniya).
Vitinya (PSJ, Fransa).
2024-cü ildə bu nominasiyanın qalibi “Real Madrid”dən Cud Bellinqem olmuşdu.
Ən yaxşı futbolçu
Ən nüfuzlu fərdi mükafat olan “Dünyanın ən yaxşı futbolçusu” nominasiyasının final siyahısında isə bu futbolçular yer alıb:
Usman Dembele, Dezire Due, Əşrəf Hakimi, Nunu Mendiş, Xviça Kvaratsxeliya, Vitinya (PSJ) .
Erlinq Holand (“Mançester Siti”).
Vinisius Junior, Kilian Mbappe (“Real Madrid”).
Robert Levandovski, Pedri, Rafinya, Lamin Yamal (“Barselona”).
Koul Palmer (“Çelsi”).
Məhəmməd Salah (“Liverpul”).
2024-cü ilin ən yaxşı futbolçusu mükafatına Vinisius layiq görülmüşdü.
Ən yaxşı baş məşqçi
Bu kateqoriyada Globe Soccer Awards aşağıdakı altı mütəxəssisi finala buraxıb:
Xabi Alonso (“Real Madrid”).
Mikel Arteta (“Arsenal”).
Luis Enrike (PSJ).
Hans-Diter Flik (“Barselona”).
Enzo Mareska (“Çelsi”).
Arne Slot (“Liverpul”).
Ötən il ilin baş məşqçisi mükafatını Madridin “Real” komandasını çalışdıran Karlo Ançelotti qazanmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 03 Dekabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















