Icma.az
close
up
RU
Bank borcu ödəməyən müştərinin iş yerinə müraciət edə bilərmi?

Bank borcu ödəməyən müştərinin iş yerinə müraciət edə bilərmi?

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər sosial şəbəkələrdə vətəndaşların bank və kollektor şirkətlərinin davranışlarından narazı qaldığı hallar artıb. Belə şikayətlərdən birində vətəndaş Nazlı Həsənova yazır ki, Bank of Baku-ya olan kredit ödənişini gecikdirdiyi üçün bank əməkdaşları dəfələrlə zəng edərək borcun ödənilməsini tələb edib. Müştəri borcunu ay sonuna qədər ödəyəcəyini bildirsə də, bank nümayəndəsi iş yerinə məlumat veriləcəyini, həmçinin şəxsi əlaqə nömrələrinə zəng ediləcəyini bildirib. Vətəndaş isə bu yanaşmadan narazılığını belə ifadə edib:
“Mən zəngi açıb vəziyyəti izah edirəmsə və indiyə qədər heç bir gecikməm olmayıbsa, sadəcə müəyyən səbəblərdən çətinliyim var deyirəmsə, belə davranış nə dərəcədə düzgündür? Üstəlik elə danışırlar ki, elə bil banka yox, onlara borcum var.”

Bəs, bu cür hallar qanuna uyğundurmu? Bank borclunun iş yerinə zəng edə və ya onun yaxınlarına borc barədə məlumat verə bilərmi? Azpost.az mövzu ətrafında hüquqi vəziyyəti araşdırıb.

Bank vətəndaşın iş yerinə zəng edə bilər?

Azərbaycan Respublikasının “Fərdi Məlumatlar haqqında” Qanununun 8-ci maddəsinə əsasən, şəxsi məlumatlar yalnız müvafiq şəxsin razılığı ilə üçüncü şəxslərə ötürülə bilər. Yəni, borclunun yazılı və ya rəqəmsal razılığı olmadan onun borcu barədə məlumatın iş yerinə, ailə üzvlərinə və ya dostlarına ötürülməsi qanunla qadağandır.

Fərdi məlumatların yayılması hansı hallarda mümkündür?

Yalnız aşağıdakı hallarda məlumat ötürülə bilər:

Borclunun yazılı razılığı olduqda.

Məhkəmə qərarı ilə.

Qanunda xüsusi halda göstərilibsə (məsələn, istintaq və ya məhkəmə prosesi zamanı).

Əgər bu hallar yoxdursa, bank və ya kollektor əməkdaşının borclunun iş yerinə zəng edib onun borc vəziyyəti barədə məlumat verməsi qanun pozuntusu hesab olunur.

Buna görə hansı məsuliyyət nəzərdə tutulur?

İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsinə əsasən, şəxsi məlumatların qanunsuz toplanması, yayılması və ötürülməsi inzibati məsuliyyət yaradır. Belə ki, fərdi məlumatların icazəsiz paylaşılmasına görə fiziki şəxslər 100 manatdan 500 manatadək, vəzifəli şəxslər isə 300 manatdan 1000 manatadək cərimə oluna bilər.

Vətəndaş nə etməlidir?

Əgər vətəndaş belə bir vəziyyətlə üzləşibsə:

Bankın və ya kollektor şirkətinin adını, zəng edən şəxsin məlumatlarını qeydə almalıdır.

Daxili İşlər Nazirliyinə və ya Ədliyyə Nazirliyinin Fərdi Məlumatların Müdafiəsi üzrə Komitəsinə müraciət edə bilər.

Hüquqi məsləhət üçün vəkilə müraciət edərək məhkəməyə şikayət vermək hüququ da var.

Nəticə olaraq Azərbaycanda vətəndaşın borcu barədə məlumat yalnız onun özünə və ya razılığı olduqda üçüncü tərəfə təqdim oluna bilər. İş yerinə və ya ailə üzvlərinə borc barədə məlumat vermək qanunsuzdur və buna görə məsuliyyət nəzərdə tutulur. Bank borclarının gecikməsi maliyyə məsuliyyəti yaradır, lakin şəxsi həyat və fərdi məlumatların qorunması da qanunla təmin edilir.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:381
embedMənbə:https://azpost.info
archiveBu xəbər 17 İyun 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri