Icma.az
close
up
RU
Bank işçisi zərgəri soydu İfadəsi hamını şoka saldı

Bank işçisi zərgəri soydu İfadəsi hamını şoka saldı

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Türkiyənin Kayseri şəhərində qeyri-adi soyğun cəhdi baş verib. 

Yenisabah.az xəbər verir ki, bankda işləyən 39 yaşlı N.Ç. adlı qadın çətin həyat şəraiti və iqtisadi sıxıntılara dözə bilmədiyi üçün bir zərgəri soymağa qərar verib.

O, tanınmamaq üçün kəmər, eynək və başörtüyü taxaraq Kayseri şəhərinin mərkəzində yerləşən Kazancılar Çarşısında fəaliyyət göstərən bir zərgərlik dükanına daxil olub. N.Ç. əvvəlcə müxtəlif miqdarda qızıl almaq istədiyini bildirərək satıcı ilə söhbətə başlayıb. Ancaq bir qədər sonra yanında gətirdiyi bibər qazı və daşla zərgərin sahibinə — M.O.-ya hücum edib.

Hadisə yerində olan digər mağaza sahibləri vəziyyətə müdaxilə edərək qadını zərərsizləşdirib və polisə təhvil veriblər. N.Ç. saxlanılıb və məhkəməyə çıxarılaraq həbs olunub.

Məhkəmədə ifadə verən N.Ç. iş yerində mobbinqə məruz qaldığını, istefaya məcbur edildiyini və ciddi iqtisadi çətinliklər yaşadığını bildirib. “Oradakilərin rahat şəraitdə yaşaması, mənim isə çətinlik çəkməyim zoruma getdi. Bu hadisə anlıq bir qərar idi. Qızılları oğurlamaq niyyətim yox idi, çox peşmanam”, — deyə qadın ifadəsində bildirib.

Hazırda istintaq davam edir. Hadisə cəmiyyətdə böyük rezonansa səbəb olub və iqtisadi sıxıntıların fərdi psixologiyaya təsiri müzakirə olunur.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 May 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri