Icma.az
close
up
RU
Bank kartı olanlar DİQQƏTLİ OLSUN: Bu əməliyyatlar zamanı əlavə pul tutulacaq

Bank kartı olanlar DİQQƏTLİ OLSUN: Bu əməliyyatlar zamanı əlavə pul tutulacaq

Icma.az bildirir, News24 portalına istinadən.

Azərbaycan Beynəlxalq Bankı (ABB) kart sahibləri üçün yeni qayda tətbiq edib. Artıq MilliÖn, eManat, MPAY və M10 terminalları vasitəsilə kartlara balans artırma limiti 3000 AZN-dən 1000 AZN-ə endirilib. Bundan əlavə, əgər vətəndaş bir ay ərzində 1000 AZN-dən artıq mədaxil edərsə, əlavə məbləğə 0,5 faiz komissiya tutulacaq. Bu yenilik vətəndaşlar arasında müxtəlif reaksiyalar doğurub.

Bəs bu qərar vətəndaşlar üçün hansı üstünlüklər və çətinliklər yarada bilər və insanlar bu dəyişikliklər fonunda nəyə diqqət etməlidirlər?

Məsələ ilə bağlı danışan iqtisadçı Xalid Kərimli News24.az-a bildirib ki, ABB-nin yeni qərarı vətəndaşlar üçün əslində heç bir müsbət məna daşımır, əksinə onların əlavə xərclərlə üzləşməsinə səbəb olacaq.

"Əvvəllər vətəndaşlar kartlarına 3000 manata qədər mədaxil edə bilirdilər və bu əməliyyata görə heç bir komissiya tutulmurdu. İndi isə həmin limit 1000 manata endirilib. Bu da o deməkdir ki, vətəndaş 1000 manatdan artıq mədaxil etdikdə əlavə olaraq 0,5 faiz komissiya ödəməli olacaq. Başqa sözlə, əvvəllər pulsuz icra olunan əməliyyat indi ödənişli hala gətirilir. Bu, sadə istifadəçi üçün mənfi haldır və büdcəsinə əlavə yük gətirəcək”, – deyə iqtisadçı qeyd edib.

Xalid Kərimli həmçinin vurğulayıb ki, terminallar heç vaxt pulsuz xidmət göstərməyib:

"MilliÖn, eManat və digər terminallar vətəndaşların yerləşdirdiyi vəsaiti bank kartlarına müəyyən haqq müqabilində ötürürlər. Bu xidmətin qarşılığında terminallar həmişə banklardan komissiya haqqı alıb. Sadəcə, ABB indiyədək vətəndaşların karta yerləşdirdiyi 3000 manata qədər olan məbləğ üzrə həmin komissiya xərclərini öz üzərinə götürürdü. Yeni qərarla isə bu məbləğ 1000 manata endirilib. Yəni, artıq vətəndaşın karta qoyacağı əlavə məbləğin komissiya yükünü ABB deyil, birbaşa vətəndaşın özü ödəyəcək”.

İqtisadçı hesab edir ki, bu addım bankın maliyyə siyasəti ilə bağlıdır və müəyyən səbəblərdən irəli gəlib:

"Bankın belə bir qərar qəbul etməsi təsadüfi deyil. Görünür, xərcləri optimallaşdırmaq və əlavə gəlir mənbəyi yaratmaq məqsədi daşıyır. Amma bu, sıravi vətəndaşların cibinə birbaşa təsir göstərəcək və onların maliyyə yükünü artıracaq. Bu baxımdan qərarın vətəndaşlar üçün müsbət tərəfi yoxdur”, – deyə o əlavə edib.

Aqil Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 Avqust 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see161

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see161

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see160

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri