Icma.az
close
up
RU
İran qarışır Çörək satışına məhdudiyyət qoyuldu!

İran qarışır Çörək satışına məhdudiyyət qoyuldu!

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranda çörək satışına tətbiq edilən yeni məhdudiyyətlər ciddi narazılığa səbəb olub. Ölkənin bir sıra əyalətlərində subsidiyalı çörək alışına nəzarət gücləndirilib, müəyyən edilmiş həddi aşan vətəndaşların isə daha yüksək qiymət ödəməsi nəzərdə tutulub.

Turkustan.az xəbər verir ki, İranın “Keyhan”, “Şərq” və “Həmşəhri” qəzetlərinin məlumatına görə, Məsud Pezeşkian hökumətinin həyata keçirdiyi “Çörək alışının idarə edilməsi” proqramı əvvəlcə Mərkəzi əyalətində sınaqdan keçirilib, daha sonra Xuzistan və Zəncanda tətbiq olunmağa başlanıb.

Noyabrın ortalarında tətbiq edilən yeni sistemə əsasən, adambaşına aylıq orta hesabla 8 kiloqram subsidiyalı un nəzərdə tutulur. Dövlət tərəfindən subsidiyalaşdırılan unun bir kiloqramı 2300 tümən olduğu halda, müəyyən edilmiş həddi aşan alışlar üçün kommersiya qiyməti 12 650 tümən təşkil edir. Bu isə təxminən 5,5 dəfə qiymət fərqi deməkdir.

İranın “Keyhan” qəzeti yeni qaydaların əhaliyə və çörəkçilərə əvvəlcədən məlumat verilmədən tətbiq olunduğunu yazıb. Nəticədə bəzi bölgələrdə çörək sexlərinin qarşısında növbələr yaranıb, sakinlərlə satıcılar arasında mübahisələr baş verib.

Xuzistanın Şadeqan, Əndimeşk, Omidiyə və Zeydun bölgələrində adambaşına gündəlik 2–2,5 çörək həddi tətbiq edildiyi barədə də yerli mətbuatda məlumatlar yayılıb.

Zəncan əyalətinin Taxıl və Ticarət Xidmətləri İdarəsinin rəhbəri Əli Eyvazi yeni sistemin tətbiqini təsdiqləyib. Onun sözlərinə görə, çörək alışları son iki ilin məlumatları əsasında təhlil edilir, ailə üzvlərinin alışları isə ümumi ailə istehlakı kimi hesablanır.

Rəsmi Tehran məhdudiyyətlərin adi ailələrin gündəlik çörək alışına deyil, subsidiyalı undan sui-istifadəyə və qeyri-adi həcmdə kommersiya alışlarına qarşı yönəldiyini açıqlayıb. Xuzistan rəsmiləri də ailələrin normal ehtiyacları üçün çörək alışına məhdudiyyət qoyulmadığını bildiriblər.

Noyabrın 18-də Prezident Məsud Pezeşkian subsidiyalı məhsullardan sui-istifadə hallarına toxunaraq bəzi şəxslərin ay ərzində 18 tona qədər subsidiyalı çörək aldığını söyləyib.

Yeni qaydalar ölkədə ərzaq qiymətlərinin kəskin artdığı dövrə təsadüf edir. İran Statistika Mərkəzinin məlumatlarına əsasən, oktyabrda çörək və taxıl məhsulları üzrə illik inflyasiya 120 faizi ötüb.\musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Noyabr 2026 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri