Milan Frozinone ni darmadağın edərək ilk dördlüyə QAYITDI
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
İtaliya A Seriyasının 12-ci turu çərçivəsində “Milan” doğma "San Siro" stadionunda “Frozinone”ni qəbul edib.
Redaktor.az xəbər verir ki, görüş meydan sahiblərinin 5:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Matçın 4-cü dəqiqəsində qonaqların müdafiəçisi Qabriele Kalvani avtoqolla “Milan”ı hesabda önə çıxarıb. 19-cu dəqiqədə Adrien Rabyonun ötürməsini dəqiq tamamlayan Qonsalo Ramuş fərqi iki topa çatdırıb. 25-ci dəqiqədə Patrisio Masini buraxılan qollardan birinin əvəzini çıxsa da, fasilədən sonra "rossoneri" rəqibə heç bir şans verməyib. İkinci hissədə əvəzetmədən meydana daxil olan Ardon Yaşari (48') və Alfadjo Sisse (60'), həmçinin Kristian Pulişiç (68') fərqlənərək yekun hesabı müəyyənləşdiriblər.
Bu qələbədən sonra xallarının sayını 27-yə çatdıran "Milan" "Komo"nu (26 xal) qabaqlayaraq turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Lider "Latsio"nun 32, ikinci sıradakı "Roma"nın 30, bir oyun az keçirən "İnter"in isə 28 xalı var. Məğlubiyyətlə üzləşən "Frozinone" isə 20 xalla 7-ci pillədə qərarlaşıb.
Turan ASLAN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 22 Noyabr 2026 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















