Icma.az
close
up
RU
Bank kartı olanların diqqətinə: saat 22:00 dan sonra... Yenilik gündəmdə

Bank kartı olanların diqqətinə: saat 22:00 dan sonra... Yenilik gündəmdə

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin Bank Tənzimləməsi və Nəzarəti Agentliyi gecə saatlarında kredit kartlarından nağd pul çıxarılmasına məhdudiyyətlər tətbiq edib. Buna səbəb bank sistemlərinə edilən kiberhücumların və dələduzluq hallarının artması olub. Yeni qaydalara əsasən, axşam saat 22:00-dan səhər saat 06:00-dək kredit kartından nağd pul çıxarmaq üçün şəxsiyyətin təsdiqlənməsi tələb olunacaq. Belə ki, kartda ID-çip olmalı, istifadəçinin telefonu isə NFC texnologiyasını dəstəkləməlidir.

Azərbaycanda da banklarla bağlı bu cür qadağa tətbiq edilməlidirmi?

Globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, bank sistemlərində oxşar risklər ölkəmizdə də mövcuddur:

“Lakin bu cür qaydaları başqa ölkələrdən birbaşa köçürməkdənsə, onları yerli şəraitə, istifadəçi vərdişlərinə və mövcud infrastruktur səviyyəsinə uyğunlaşdırmaq daha məqsədəuyğundur. Məsələn, riskli hesab olunan əməliyyatlar zamanı, xüsusilə gecə saatlarında və ya fərqli cihazlardan, IP ünvanlarından daxilolma hallarında əlavə şəxsiyyət təsdiqi mərhələsi tətbiq oluna bilər. Bu yanaşma həm vətəndaşların təhlükəsizliyini artırar, həm də gündəlik əməliyyat axınına ciddi əngəl törətməz”.

Eşqin Nuruşov

Eskpert qeyd edib ki, təhlükəsizlik yalnız qadağalar vasitəsilə təmin edilmir:

“Texnologiya inkişaf etdikcə, dələduzlar da daha ağıllı və çevik olur. Buna görə əsas diqqət maarifləndirməyə, süni intellektə əsaslanan təhlükəsizlik sistemlərinin inkişafına və identifikasiya texnologiyalarının geniş tətbiqinə yönəldilməlidir. Burda məqsəd insanlara əlavə çətinlik yaratmaq deyil, əksinə vətəndaşlar maliyyə əməliyyatlarını daha rahat və təhlükəsiz şəkildə həyata keçirə bilsinlər”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Noyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see170

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see148

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see141

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see133

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see132

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see129

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri