Icma.az
close
up
RU
Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvlərinin məhkəməsində zərərçəkmişlər dindirilib

Bank kartlarına kiber hücumlar edən şəbəkə üzvlərinin məhkəməsində zərərçəkmişlər dindirilib

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xüsusi proqramlardan istifadə etməklə bank kartlarından oğurluqda və digər cinayətlərdə təqsirləndirilən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.

Zərərçəkmiş Vəfa Vəliyeva bildirib ki, şikayəti təqsirləndirilən şəxslərdən deyil: “Şikayıtim Elmira adlı şəxsdəndir. Pulu ona vermişəm və ondan tələb edirəm. Elmira dedi ki, Cavanşir adlı əmisi oğlu nazirlikdə çalışır və övladını müəyyən məbləğ qarşılığında işə düzəldəcək. Övladım imtahanda iştirak etdi və nəticə uğursuz oldu. Buna baxmayaraq, onlar övladımın işini düzəldəcəklərini bildirdilər. Bu iş üçün 15 min manat ödəniş etdim. Pulu mənə Elmiranın əmisi oğlu kimi təqdim etdiyi Cavanşir qaytardı. Lakin mən 15 min manatdan əlavə 5500 manat ödəniş etmişəm. Cavanşir dedi ki, mənə 5500 manat çatmayıb. Çatsa, onu da qaytaracam”.

Zərərçəkən şəxsin ibtidai istintaqa verdiyi ifadə elan olunub. Zərərçəkən ibtidai istintaqa verdiyi ifadəni təsdiq edib.

Daha sonra Elmira Məmmədova ifadə verərək bildirib ki, Cavanşir Rüstəmzadəni qabiliyyət imtahanı ilə əlaqədar tanıyıb: “İdman akademiyasında qabiliyyət imtahanı ilə bağlı tanıı olduq. Sonra mən ona qabiliyyət imtahanından keçmək üçün 6 min manat ödəniş etdim. Vəfa xanım mənə övladının imtahandan kəsildiyini və qabilyyət imtahanından keçməyə kömək lazım olduğunu bildirdi. Verdiyim 6 min manat mənə qaytarılmayıb, şikayətçiyəm. Mənim burada marağım olmayıb. Sadəcə, Vəfa xanım məndən xahiş etdiyi üçün köməklik etmişəm”.

Daha sonra zərərçəkən qismində tanınan Elnar Məmmədov ifadə verib. O, pensiya düzəltmək üçün Cavanşirə ödəniş etdiyini bildirib: “Bakıda kirayə ev axtarırdıq. O zaman Cavanşiri tanıdım. Onunla Xəyal adlı şəxs vasitəsi ilə tanış olmuşam. Daha sonra ona iki dəfə 2 min manat ödəniş etmişəm. Pulum geri ödənməyib. Qardaşı pulu geri ödəyəcəyini bildirib”.

Proses mayın 21-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il iyul ayında Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlayan Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıb.

Araşdırmalarla müəyyən olunub ki, M.Əsədov vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə edib. Daha sonra o, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb.

Həmçinin dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə təqsirləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Aprel 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri