Bank of Baku dan yaşıl təşəbbüs növbəti ağacəkmə aksiyası keçirildi
Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
(®) Bank of Baku “Təbiətə Yaxın Bankçılıq” şüarı ilə ətraf mühitə töhfə verən yaşıl təşəbbüslərini davam etdirir.
Bank 16 oktyabr tarixində Bakı şəhərinin Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyasını təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə baş tutan aksiyada bank əməkdaşları tərəfindən Bakı-Abşeron bölgəsinin torpaq-iqlim şəraitinə uyğun 100-dən çox Eldar şamı və zeytun ağacları əkilib.
Bankın rəhbərliyinin də iştirak etdiyi aksiyanın əsas məqsədi ətraf mühitin və ekoloji tarazlığın qorunmasına töhfə vermək, ölkəmizdə yaşıllıq sahələrin artırılmasına öz dəstəyini göstərməkdir.
“Yaşıl dünya naminə əl-ələ verək!” mesajının da vurğulandığı aksiya ilə bank yaşıl və sağlam dünya üçün birgə fəaliyyətin önəmini bir daha xatırladır, vətəndaşları ekoloji məsuliyyətə təşviq edir.
Məlumat üçün bildirək ki, Bank of Baku bundan öncə də bənzər təşəbbüslərlə çıxış edərək ağacəkmə, eləcə də Xəzər dənizi sahillərinin tullantılardan təmizlənməsi aksiyaları təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 16 Oktyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















