Icma.az
close
up
RU
Bank of Baku nun həbsdə olan əməkdaşı hökmdən narazıdır

Bank of Baku nun həbsdə olan əməkdaşı hökmdən narazıdır

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şirvan Apellyasiya Məhkəməsində taksi sürücüsü işləyən qohumu ilə əlbir olub "Bank of Baku"nun Şirvan filialında külli miqdarda qanunsuz kredit ayırmaqda təqsirləndirilən həmin bankın kredit mütəxəssisi Bəhrəm Abbasov və qohumu Əziz Rzayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin növbəti iclası fevralın 18-nə təyin edilib.

Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhrəm Abbasov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polisin nəzarətinə vermə qətimkan tədbiri ləğv edilərək məhkəmə zalında həbs edilib. Cinayət işi üzrə təqsirləndirilən taksi fəaliyyəti ilə məşğul olmuş və Bəhrəm Abbasovun qohumu Rzayev Əziz Xəqani oğlu isə 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Onun barəsində də polisin nəzarətinə vermə qətimkan tədbiri ləğv edilərək məhkəmə zalında həbs edilib.

İttihama görə, bankın kredit mütəxəssisi Bəhrəm Abbasov taksi fəaliyyəti ilə məşğul olan qohumu Əziz Rzayev ilə əlbir olub onlara müraciət edən, eləcə də qanunla kredit ayrılması mümkün olmayan şəxslər barəsində bankın sənədlərinə yalan məlumatlar daxil etməklə 168 min 200 manat qanunsuz kredit ayırıb.

Həmçinin kredit üçün müraciət etmiş şəxslərdən ayrılan məbləğin müəyyən hissəsini rüşvət qismində almaqda ittiham edilib.

Məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan Əziz Rzayev isə ona kredit üçün müraciət etmiş şəxsləri yönləndirərək onları müxtəlif yerlərdən banka aparıb-gətirmək işləri ilə məşğul olub.

Bəhrəm Abbasov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, Əziz Rzayev isə həmin məcəllənin 32.5, 308.1, 32.5, 311.3.2 və 32.5, 313 (qeyd edilən cinayətlərdə kömək etmə) maddələri ilə ittiham ediliblər.

Kamal Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Fevral 2025 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see150

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see142

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see138

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see133

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see132

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see128

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see127

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see127

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see123

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see121

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see120

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see119

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see117

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see116

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see112

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see112

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see111

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see110

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri