Icma.az
close
up
RU
Qazaxda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirildi FOTOLAR

Qazaxda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirildi FOTOLAR

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Aprelin 15-də Qazax Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib.  

"Unikal" xəbər verir ki, Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov, adı çəkilən təşkilatların, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin, mədəniyyət müəssisələrinin, Qazax Rayon Heydər Əliyev Mərkəzinin, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər. 

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra akademik Zərifə xanım Əliyevaya həsr olunmuş film nümayiş etdirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, akademik Zərifə Əliyevanın Azərbaycan oftalmologiya elminin inkişafında misilsiz xidmətləri haqqında geniş məruzə ilə çıxış edib.

Rayon rəhbəri bildirib ki, bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana olmaqla yanaşı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük alim Zərifə xanım Əliyevanın bizi cismən tərk etməsindən qırx il ötür. Ulu Öndərimizə mənəvi dayaq, arxa olan Zərifə xanımın bir həyat yoldaşı kimi böyüklüyünün, əvəzedilməzliyinin nəticəsidir ki, Ulu Öndər ömrünün onsuz keçən 18 ilində hər zaman o böyük qadının ruhunu əziz tutdu. Rayon rəhbəri Ulu Öndərin ömür-gün yoldaşı barədə səsləndirdiyi “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında yüksək dəyər qazanmağı bacarıb və əsl insanlıq zirvəsinə yüksəlib”, “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o, da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib” dəyərli fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdıraraq Ulu Öndərin ailə dəyərlərinə böyük qiymət verdiyini bildirib.

İcra başçısı vurğulayıb ki, özündən sonra Zərifə xanım Azərbaycan xalqına çox dəyərli miras, izlər qoymuşdur. Nümunəvi ana olan Zərifə xanım övladlarına yüksək mənəvi əxlaq, liderlik, vətənpərvərlik keyfiyyətləri aşılamışdır.

Rayon rəhbəri ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Respublika Prezidenti İlham Əliyev tərəfindən 3 noyabr 2022-ci il tarixli Sərəncam imzalandığını, 2023-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirdiklərini qeyd edib. Qazax rayonunda da Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ziyalılarla birgə bir çox tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. İcra başçısı sonda bir daha vurğulayıb ki, Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə yaddaşlarda qalacaq, onun parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaqdır. 

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan danışıb. A.Nəbiyev bildirib ki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, bu gün aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, Ümummilli Liderin siyasi kursunu bu gün də uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev kimi müdrik dövlət xadimini yetişdirmiş qayğıkeş ana olub. Akademik Zərifə Əliyevanın xatirəsini xalqımız daim dərin hörmətlə anır.  Bugünkü  tədbirimiz də Azərbaycanın görkəmli ictimai xadimi Zərifə xanım Əliyevanın parlaq xatirəsinə həsr olunub.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov çıxış edərək Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafında yaratdığı fundamental elmi tədqiqatlardan danışıb. A.Fərruxov qeyd edib ki, Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirdi. O, tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə həsr etdi. Bu istiqamətdə tədqiqatları yekunlaşdıqdan sonra oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə elmi tədqiqatlar aparmağa başladı. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması, klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin  genişlənməsinə kömək etdi, müəlliflik etdiyi, çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticəsi olan neçə-neçə kitablar, elmi əsərlər, tədqiqat işləri olan monoqrafiyaları bu gün də oftalmoloqların stolüstü kitabına çevrilib. Onun “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermiş, səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Çünki özü hər zaman xəstələrin müalicəsi işinə xüsusi yanaşaraq  cərrahiyyə  əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik onun fəaliyyəti yalnız öz klinikası ilə məhdudlaşmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparırdı. 

Təqaüddə olan həkim Sevda Məmmədova, “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim-oftalmoloq Məlahət Mustafayeva, həkim-nefroloq Cahanə Xasməmmədova,  həkim otolorenqoloq Gültac Qədimalıyeva çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Aprel 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see191

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see168

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see136

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see135

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see135

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri