Icma.az
close
up
RU
Bank sektorunun davamlı inkişafını təmin oluna bilər Toğrul Əliyev

Bank sektorunun davamlı inkişafını təmin oluna bilər Toğrul Əliyev

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Bank sektoru üçün əsas məsələlərdən biri makroiqtisadi sabitliyin qorunması və kredit fəaliyyətinin sağlam idarə olunmasıdır. Bu çərçivədə, kredit bazarlarında fəaliyyət göstərən iştirakçıların riskə qarşı dayanıqlı mexanizmlərlə təchiz olunması xüsusi əhəmiyyət kəsb edir". SİA-nın verdiyi məlumata görə, bu sözləri konfrans zamanı açıqlamasında Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Toğrul Əliyev deyib.

Onun sözlərinə görə, hazırda tənzimləyici orqanlar, xüsusilə mərkəzi banklar tərəfindən bankların kapital dayanıqlığı, likvidlik göstəriciləri və risk modellərinin səmərəliliyi üzrə stres-testlər həyata keçirilir: "Bu testlər bankların gözlənilməz şoklara qarşı davamlılığını qiymətləndirmək və onların risk idarəetmə strategiyalarını gücləndirmək məqsədi daşıyır.

Eyni zamanda, texnoloji transformasiyalar da bank sektorunda yeni imkanlar və çağırışlar yaratmaqdadır. Elektron ticarət, rəqəmsal ödəniş sistemləri və süni intellekt əsaslı analiz vasitələri maliyyə xidmətlərinin geniş kütləyə çatdırılmasını asanlaşdırır, lakin bununla yanaşı, kiber risklərin və məlumat təhlükəsizliyi məsələlərinin gündəmə gəlməsinə səbəb olur.

Tənzimləyici çərçivənin inkişaf etdirilməsi, xüsusilə də makro-prudençial siyasətlərin tətbiqi, maliyyə sabitliyinin qorunmasında mühüm rol oynayır. Banklar üçün kapital ehtiyatlarının artırılması, kredit risklərinin düzgün qiymətləndirilməsi və müştəri portfellərinin diversifikasiyası bu istiqamətdə əsas vasitələrdir.

Region ölkələrinin təcrübəsi göstərir ki, kredit büroları bu prosesdə məlumat axınının şəffaflığı və risklərin qiymətləndirilməsi baxımından mühüm rol oynayır. Azərbaycanda fəaliyyət göstərən Kredit Bürosu da banklara və digər maliyyə qurumlarına müştəri məlumatlarının analizində dəstək göstərməklə risklərin azaldılmasına kömək edir.

Nəticə etibarilə, bank sektorunda effektiv idarəetmənin təmin olunması, həm milli, həm də regional iqtisadi sabitlik üçün strateji əhəmiyyət kəsb edir. Bu istiqamətdə tənzimləyici orqanlarla yanaşı, kommersiya banklarının da məsuliyyəti artır. Mövcud makroiqtisadi şəraitdə düzgün qiymətləndirilmiş qərarlar və innovativ yanaşmalar bank sektorunun davamlı inkişafını təmin edə bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 İyun 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri