Icma.az
close
up
RU
Bank zaminin əmlakına qadağa qoya bilər? CAVAB

Bank zaminin əmlakına qadağa qoya bilər? CAVAB

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında bugünkü mövzu bank kreditinə görə zaminin əmlakına qadağa qoyulması ilə bağlıdır.

Azərbaycanda bununla bağlı ötən günlərdə yekun məhkəmə qərarı verilib. Belə ki, bank zaminin avtomobillərini satmasına qadağa qoyulmasını istəyib. Bəs görək, qanunvericiliyə görə, bank zaminin əmlaklarının satışına qadağa tələbi irəli sürə bilərmi?

Sualımızın cavabı Şirvan Apellyasiya Məhkəməsinin yekun qərarında əks olunub. Həmin iddianı təqdim edirik:

Şirvan Kommersiya Məhkəməsində kredit öhdəliyinin pozulması ilə əlaqədar zaminə məxsus əmlakın özgəninkiləşdirilməsinin qadağan olunmasına dair müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəyə baxılıb.

İş materiallarına əsasən, bank ilə borcalan arasında bağlanmış müqavilə çərçivəsində 500 min manat kredit limiti müəyyən edilib. Həmin limit daxilində borcalana illik 22 faizlə, 18 ay müddətinə 30 min manat kredit verilib. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə digər fiziki şəxslə zaminlik müqaviləsi bağlanıb.

Bankın təqdim etdiyi arayışa əsasən, borcalanın kredit öhdəliyi üzrə ümumilikdə 29 764,93 manat borcu qalıb.

Bank gələcəkdə borcun tutulmasına dair iddia qaldıracağını bildirərək zaminin mülkiyyətində olan iki avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə məhkəməyə müraciət edib.

Bank hesab edib ki, avtomobillərin üçüncü şəxslərə özgəninkiləşdirilməsi gələcək məhkəmə qərarının icrasını çətinləşdirə bilər.

Şirvan Kommersiya Məhkəməsi isə müəyyən edib ki, bank zaminin avtomobilləri satmağa hazırlaşması, üçüncü şəxslərin adına keçirməsi, əmlakı gizlətməsi və ya gələcək məhkəmə qərarının icrasını çətinləşdirə biləcək digər hərəkətlərə yol verməsi barədə konkret sübutlar təqdim etməyib.

Məhkəmə vurğulayıb ki, kredit borcunun mövcudluğu və ya öhdəliyin pozulması özlüyündə zaminin əmlakına müvəqqəti qadağa qoyulması üçün kifayət etmir. Belə tədbirin tətbiqi üçün gələcək məhkəmə qərarının icrasını çətinləşdirə biləcək real və konkret təhlükə əsaslandırılmalıdır.

Həmçinin qeyd edilib ki, bank peşəkar kredit təşkilatı olaraq kredit verilərkən borcalanın ödəmə qabiliyyətini, kredit risklərini və öhdəliyin təminat mexanizmlərini əvvəlcədən qiymətləndirmək imkanına malikdir.

Müvəqqəti təminat tədbiri kredit müqaviləsinin təminat mexanizmini sonradan dəyişdirmək və ya genişləndirmək vasitəsi deyil. Yəni, bank peşəkar kredit təşkilatı olaraq kredit riskini qiymətləndirmək və təminat mexanizmini seçmək imkanına malik olmuşdur, müvəqqəti təminat institutu isə sonradan kreditin təminatlandırılması vasitəsi deyildir.

Belə yanaşma nəticə etibarilə bankın kredit verilməsi zamanı qanunvericiliklə nəzərdə tutulmuş qaydada əvvəlcədən formalaşdırmalı olduğu təminat mexanizmini sonradan məhkəmə vasitəsilə təmin etməyə çalışması ilə nəticələnir. 

Başqa sözlə, bank tərəfindən kredit verilərkən lazımi qaydada təminatlandırılmalı olan öhdəliklər sonradan məhkəmə tərəfindən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi yolu ilə “təminatlı” vəziyyətə gətirilir. Bu isə yolverilməzdir. Zaminin mülkiyyətində əmlakın mövcudluğu həmin əmlaka avtomatik sərəncam qadağası qoyulmasına əsas yaratmır.

Məhkəmə həmçinin qeyd edib ki, bu mərhələdə borcun tutulması və zaminin məsuliyyəti məsələlərinə deyil, yalnız müvəqqəti təminat tədbirinin tətbiqi üçün prosessual əsasların mövcudluğuna qiymət verilir.

Beləliklə, Şirvan Kommersiya Məhkəməsi bankın müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini rədd edib.

Şirvan Apellyasiya Məhkəməsi də bankın şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Oktyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri