Icma.az
close
up
RU
Kredit borcu olanların NƏZƏRİNƏ Faizlərlə bağlı QƏRAR VERİLDİ

Kredit borcu olanların NƏZƏRİNƏ Faizlərlə bağlı QƏRAR VERİLDİ

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Borc faizindən faiz tutulması qanunaziddir.
Bizim.Media xəbər verir ki, bu barədə Ali Məhkəmənin qəbul etdiyi borca görə gecikdirmə faizlərinin hesablanması ilə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran qərarında qeyd olunub.
Bildirilib ki, məhkəmə mübahisəsi iddiaçının cavabdehdən pul borcunun vaxtında qaytarılmaması səbəbindən əlavə gecikdirmə faizlərinin tutulması tələbi ilə bağlı olub. Belə ki, iddiaçı daha əvvəl məhkəmə qərarları ilə tutulmuş əsas borc və faiz məbləğlərini birləşdirərək həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizi hesablanmasını tələb edib.
Birinci instansiya məhkəməsi iddianı rədd edib, apellyasiya məhkəməsi də həmin mövqe ilə razılaşıb, daha sonra hər iki tərəfin kassasiya şikayətləri üzrə işə Ali Məhkəmədə baxılıb.
Ali Məhkəmə qərarında vurğulayıb ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7 və 449-cu maddələrinin məzmununa görə gecikdirmə faizləri yalnız ödənilməmiş əsas borc məbləği üzrə və yalnız borcun qaytarıldığı günədək hesablanmalıdır. Daha əvvəl məhkəmə qərarı ilə tutulmuş faiz borcunun əsas borca əlavə edilərək həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizinin hesablanması "faizdən faiz" tutulması ilə nəticələnir ki, bu da qanunvericiliklə qadağan edilir.
Ali Məhkəmə qeyd edib ki, faiz borcunun məhkəmə qərarı ilə tutulması onun hüquqi mahiyyətini dəyişmir və onu əsas borca çevirmir. Belə faiz alacağına yenidən faiz tələb edilməsi borclunun vəziyyətini qeyri-mütənasib şəkildə ağırlaşdırır və ədalət prinsipinə ziddir.
Ali Məhkəmə həmçinin bildirib ki, kassasiya instansiyasının səlahiyyəti iş üzrə faktiki halları yenidən araşdırmaq deyil, aşağı instansiya məhkəmələri tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmadığını yoxlamaqdan ibarətdir. Bu baxımdan apellyasiya instansiyasının sübutlara verdiyi hüquqi qiymət və gəldiyi nəticə əsaslı hesab edilib.
Nəticə etibarilə, Ali Məhkəmə kassasiya şikayətlərini təmin etməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlayıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Dekabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri