Icma.az
close
up
RU
Banklara kontrtsiklik kapital buferi təyin edilib AZƏRTAC

Banklara kontrtsiklik kapital buferi təyin edilib AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 6 yanvar, AZƏRTAC

Kontr-tsiklik buferin aktivləşdirilməsi qərarı müvafiq qaydalara uyğun olaraq əsasən kredit “gap”i göstəricisinin 2 faizi üstələməsi nəzərə alınaraq qəbul olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Qeyd olunub ki, əlavə olaraq, bank sektorunda müşahidə edilən yüksək kreditləşmə dinamikası, bankların mənfəətliliyi və maliyyə dayanıqlılığı göstəriciləri də buferin tətbiqini şərtləndirən amillər sırasındadır.

2024-cü ilin noyabr ayının sonuna olan məlumatlara əsasən, kredit portfelinin illik artımı 19,6 faiz təşkil edib ki, bu da nominal qeyri-neft-qaz ÜDM-in artımını 2 dəfəyədək üstələyir. Fəaliyyətdə olan 22 bankın 19-da kredit portfeli artıb, o cümlədən 14-də isə kredit portfelinin illik artımı nominal qeyri-neft-qaz ÜDM-in artımını üstələyib.

Müvafiq qaydalara əsasən, kontr-tsiklik buferin aktivləşdirilməsi üçün əsas göstərici kimi cəmi kredit portfelinin ÜDM-ə nisbətinin uzunmüddətli trendi və cari göstəricisi arasındakı fərq (kredit “gap”i) istifadə olunur. Son qiymətləndirmələrə görə, bu göstərici 2,9 faiz təşkil edərək, kontr-tsiklik buferin aktivləşdirilməsini aktuallaşdırıb.

Bank sektorunun yüksək mənfəətliyi və kapitallaşma səviyyəsi də kontr-tsiklik buferin tətbiqini dəstəkləyən amillər kimi çıxış edib. Cari ilin 11 ayında banklar 966 milyon manat xalis mənfəət əldə edib, sektorun kapital rentabelliyi (ROE) göstəricisi isə 18,4 faiz təşkil edib. Dövr ərzində sektorun məcmu kapitalının həcmi 6 milyard manatı ötüb, məcmu kapital adekvatlılığı isə 17,5 faiz olub. Bu şəraitdə banklar ötən il ərzində 456 milyon manat, cari ildə isə 610 milyon manat dividend ödənişi həyata keçirib.

Kontr-tsiklik buferin aktivləşdirilməsi Bazel Komitəsinin tövsiyələrinə uyğun olaraq bank sektorunun dayanıqlılığını artırmaq və maliyyə sabitliyini dəstəkləmək məqsədi daşıyır. Bu makro-prudensial alətin tətbiqi bank sektorunun mümkün şoklara qarşı dayanıqlılığını artırmaqla yanaşı, onun kreditləşmə fəaliyyətinin fasiləsizliyinə imkan verəcəkdir.

Hesablamalara əsasən, kontr-tsiklik buferin tətbiqindən sonra sektorun risk üzrə ölçülmüş potensial aktivlərinin həcmi 18.7 milyard manat səviyyəsində qiymətləndirilir. Bu onu göstərir ki, yeni qərardan sonra da bank sektorunun kredit portfelinin əhəmiyyətli genişlənmə potensialı qalır. Həmçinin buferin iki aydan sonra tətbiqinə başlanması onun növbəti dövrlərdə banklarda strateji planlaşdırma və büdcə proseslərində, habelə kapitallaşma və dividend siyasətlərində nəzərə alınmasına imkan yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Yanvar 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri