Icma.az
close
up
RU
Banklara kiberdələduzluqla bağlı göstəriş verildi

Banklara kiberdələduzluqla bağlı göstəriş verildi

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankın (AMB) son zamanlar vətəndaşların bank kartlarından onların adına 10-15 min manat və daha böyük məbləğlərdə kredit rəsmiləşdirməsi məsələsinə münasibət bildirib.

Avtosfer.az-ın məlumatına görə, bu barədə APA-ya AMB-dən bildirilib ki, maliyyə institutlarında kiber dayanıqlığın yüksəldilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi, o cümlədən kiber təhdid və risklərə qarşı adekvat nəzarət mexanizmlərinin tətbiqi, risk əsaslı tənzimləmə çərçivəsinin formalaşdırılması və bu istiqamət üzrə digər tədbirlər Mərkəzi Bankın daim diqqət mərkəzindədir.

Bu məqsədlə, Mərkəzi Bank tərəfindən 2023-2026-cı illər üçün “Maliyyə bazarları üzrə kibertəhlükəsizlik Strategiyası” hazırlanıb və onun tətbiqinə başlanılıb. Bununla yanaşı, "Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair” Tələblər qüvvəyə minib. Həmin Tələblərdə misal üçün, fərdi məlumatların üçüncü şəxslərə icazəsiz ötürülməsinin qarşısının alınması, bu məlumatların müvafiq şifrələnmə metodları ilə qorunması və nəzarət subyektləri tərəfindən müştəriləri informasiya təhlükəsizliyi ilə əlaqədar azı rübdə bir dəfə maarifləndirməsi kimi tələblər yer alır.

2025-ci ilin yanvar ayında “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası” qəbul edilib. Qayda bankda kredit dələduzluğu, pul vəsaitlərinin mənimsənilməsi, saxtakarlıq halları, müştəri hesablarının ələ keçirilməsi, kiberhücumlar kimi bankdaxili və bankdankənar dələduzluq halları üzrə risk hadisələrinin aşkarlanmasına, reyestrinin aparılmasına, hesabatlığına, monitorinqinə və bu cür risk hadisələrinin qarşısının alınması məqsədilə bankın biznes proseslərinin təkminləşdirilməsinə dair tələbləri tənzimləyir.

Həmçinin qeyd edilib ki, Mərkəzi Bankın “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda məsafədən bank hesablarının açılması və istehlak krediti müqaviləsinin bağlanması zamanı dələduzluq risklərinin minimallaşdırılması məqsədilə müştərini dürüst müəyyənləşdirməyə dair, o cümlədən video zəng və video çəkiliş aparılmasına dair tələblər müəyyən olunur. Bununla yanaşı, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna və Mərkəzi Bankın “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”na əsasən ödəniş hesabına məsafədən (internet, telefon və digər kommunikasiya kanalları vasitəsilə) daxil olduqda, habelə bir təmassız ödənişin məbləği 100 manat (və ya ekvivalentindən), bu cür əməliyyatların günlük həcmi isə 500 manat və ya ekvivalentindən artıq olduqda banklar tərəfindən ikili autentifikasiyanı özündə əks etdirən gücləndirilmiş müştəri autentifikasiya tədbirləri həyata keçirilməlidir. Həmçinin sözügedən Qaydaya əsasən, banklar avtorizə edilməmiş və ya fırıldaqçılıq əməliyyatlarını aşkar edən əməliyyatların monitorinqi mexanizminə sahib olmalıdır.

Eyni zamanda banklarda informasiya və kibertəhlükəsizliyin təmin olunması, dələduzluğa qarşı mübarizənin effektivliyinin artırılması məqsədilə Azərbaycan Banklar Assosiasiyasının ekspert qrupları çərçivəsində davamlı iş aparılır, aidiyyəti hüquq mühafizə orqanlarının nümayəndələri cəlb olunmaqla müzakirələr təşkil olunur.

Bundan əlavə, bütün maliyyə institutları əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halları, o cümlədən dələduzluqla bağlı halları aşkar etdikdə bu barədə məlumat və sənədləri Maliyyə Monitorinqi Xidmətinə (MMX) təqdim etməlidirlər. MMX şübhəli hallara dair əldə edilmiş məlumat və sənədlərin keyfiyyətini qiymətləndirir, şübhəli halların müəyyən edilməsi, eləcə də risk qiymətləndirilməsinin aparılması məqsədilə taktiki və strateji təhlil metodlarından istifadə edir. Əgər aparılan təhlil zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və ya digər cinayətlərin əlamətləri müəyyən edilərsə, bu barədə məlumat və sənədlər dərhal aidiyyəti cinayət təqibi orqanına təqdim edilir.

Mərkəzi Bank maliyyə institutularına münasibətdə apardığı yoxlamalar zamanı cinayət yolu ilə əldə edilmiş əmlakla bağlı şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halları araşdırır və əgər müvafiq məlumat və sənədlərin MMX-yə göndərilmədiyini aşkar edərsə, dərhal onların həmin quruma təqdim edilməsini təmin edir, onların təqdim edilməməsinin səbəblərini araşdırır və onları təqdim etməyən maliyyə institutlarına qarşı inzibati və ya qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirləri tətbiq edir.

"Mərkəzi Bank tərəfindən Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO/IEC 2700X standartlarının tələbləri nəzərə alınmaqla ölkədə fəaliyyət göstərən banklarda və xarici bankların yerli filiallarında informasiya təhlükəsizliyinə dair minimum tələblər müəyyən edilib. Bütün banklara bank xidmətlərinin istehlakçılarının dələduzluq hallarına qarşı ehtiyatlı olmaları, kart məlumatlarını heç bir halda üçüncü şəxslərə təqdim etməmələri üçün məlumatlılığın artırılması istiqamətində tədbirlərin görülməsi və nəzarətin gücləndirilməsi göstərişi verilib" - AMB-dən əlavə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Aprel 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri