Banklarda bazar riskləri və açıq valyuta mövqeyi ilə bağlı yeni qaydalar təsdiqlənib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Azərbaycan Mərkəzi Bankı (AMB) banklarda bazar risklərinin idarə edilməsi və açıq valyuta mövqeyi limitlərinin müəyyənləşdirilməsi üzrə yeni qaydaları təsdiqləyib.
“APA-Economics” xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov qərar imzalayıb. Qərara əsasən, “Banklarda bazar risklərinin idarə edilməsi Qaydası” banklarda və xarici bankların yerli filiallarında bazar risklərinin idarə olunmasına dair minimum tələbləri müəyyən edir və bu istiqamətdə təşkilati çərçivə banklarda korporativ idarəetmə standartlarına uyğun qurulmalıdır.
Sənəddə bazar riskinin faiz dərəcələri, valyuta məzənnələri, kredit spredi, qiymətli kağızlar və əmtəə qiymətlərində dəyişikliklər fonunda yarana bilən itki riski olduğu qeyd edilir, həmçinin stress-testlər və monitorinq-hesabatlılıq tələbləri müəyyənləşdirilir.
Bundan əlavə, AMB banklarda məzənnə riskinin məhdudlaşdırılması məqsədilə açıq valyuta mövqeyinin hesablanması (“Banklarda açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi Qaydası”) və ona tətbiq edilən limitlərə dair ayrıca qaydanı təsdiqləyib. Yeni limitlərə görə sərbəst dönərli valyutalar üzrə bir valyutada uzun və qısa açıq mövqe 10%, məcmu uzun və qısa açıq mövqe isə 20% həddini aşmamalıdır, qapalı valyutalar üzrə müvafiq hədlər 5% və 10% müəyyən edilib, bank metalları üzrə məcmu limit 3% nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 12 Yanvar 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















