BANM tələbələri Çexiyada “Azərbaycanı tanıyaq” layihəsini təqdim ediblər AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 7 yanvar, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi mübadilə proqramı çərçivəsində Çexiyanın Ostrava Texniki Universitetində (VSB-TU Ostrava) təhsil alır. Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbələri Oktay Əmrahov, Elşən Salahov, Rəvan Yusifov, Ayxan Seyidli, Mahmud Dadaşov və Ruslan Əlizadə Çexiyada bir semestr oxuyacaqlar.
BANM-dən AZƏRTAC-a bildirilib ki, tələbələr proqram çərçivəsində akademik biliklərini artırmaqla yanaşı, “Azərbaycanı tanıyaq” layihəsini təqdim ediblər. Onlar tələbə yoldaşlarını Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumatlandırıblar. Eləcə də Azərbaycanın COP29 çərçivəsində əldə etdiyi uğurlar və iqlim dəyişikliklərinə qarşı görülən tədbirlər haqqında ətraflı təqdimat hazırlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 07 Yanvar 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















