Banqladeşdə qızılcadan 15 ölüm halı qeydə alınıb
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Banqladeşdə 15 nəfər qızılca xəstəliyindən ölüb.
Modern.az xəbər verir ki, bunu çərşənbə günü ölkənin rəsmi şəxsləri bildiriblər. Hökumət xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə təcili immunizasiya proqramına başlamağa hazırlaşır.
Qızılca ən yoluxucu infeksiyalardan birdir və yayılmasının qarşısını almaq üçün əhalinin 95 faizinin peyvənd olunmasını tələb edir.
“Reuters” agentliyi xəbər verir ki, Banqladeşdə hökumət bazar günündən etibarən yoluxma riskinin yüksək olduğu ərazilərdən başlayaraq ümummilli təcili peyvənd kampaniyasına başlamağı planlaşdırır.
Xəstəlik daha çox ölkənin şimal-qərbində yerləşən Racşahi regionunda yayılıb. Burada səhiyyə orqanları epidemioloji nəzarəti və yoluxma hallarının izlənməsini gücləndiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 02 Aprel 2026 05:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















