Icma.az
close
up
RU
Bu xəbər çoxlarını sevindirəcək Bir qərar çox şeyi dəyişə bilər!

Bu xəbər çoxlarını sevindirəcək Bir qərar çox şeyi dəyişə bilər!

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İctimai iaşə müəssisələrinin real dövriyyəsi 200 min manatı keçsə də, POS-terminal vasitəsilə qəbul edilən ödənişlərə 0,5 əmsal tətbiq edilməsi onların ƏDV qeydiyyatına alınmamasına səbəb ola bilər.

“Yeni Sabah” xəbər verir ki, bu halda həmin müəssisələrin təsisçilərinin və səhmdarlarının əldə etdikləri dividend gəlirlərinin vergidən azad edilib-edilməməsi məsələsi gündəmə gəlir.

Vergi Məcəlləsinin 102.1.22-1-ci maddəsinə əsasən, müəyyən şərtlərə cavab verən, ƏDV məqsədləri üçün qeydiyyata alınmayan və ardıcıl 12 aylıq dövrdə əməliyyatlarının həcmi 200 min manatadək olan rezident müəssisələrin təsisçisi və ya səhmdarı olan fiziki şəxslərin dividend gəlirləri vergidən azaddır. Məcəllənin 106.10-cu maddəsi də eyni şərtlərlə həmin müəssisələrin təsisçisi və ya səhmdarı olan hüquqi şəxslərin dividend gəlirlərinin vergidən azad edilməsini nəzərdə tutur. Dominos pizza

Vergi Məcəlləsinin 155.1-1-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərdən formalaşan dövriyyəyə 0,5 əmsal tətbiq olunur.

Məsələn, “AA” müəssisəsinin ardıcıl 12 aylıq dövr ərzində real dövriyyəsi 230 min manat təşkil edib. Bunun 150 min manatı POS-terminal vasitəsilə, 80 min manatı isə nağd qaydada əldə olunub. Bu zaman POS-terminal dövriyyəsinə 0,5 əmsal tətbiq edilir və 150 min manat 75 min manat kimi nəzərə alınır. Beləliklə, ƏDV məqsədləri üçün müəssisənin dövriyyəsi 155 min manat hesablanır.

Bəs real dövriyyəsi 200 min manatı keçən belə müəssisələrdən əldə olunan dividend gəlirləri vergidən azad edilirmi?

Qeyd olunan yanaşmaya görə, POS-terminal vasitəsilə aparılan ödənişlərə 0,5 əmsalın tətbiqi ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların həcminin müəyyənləşdirilməsi ilə bağlıdır. Bu qayda ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicilərinin sadələşdirilmiş vergi rejimindən istifadə imkanlarının və müvafiq vergi dərəcəsinin tətbiqinin müəyyənləşdirilməsi məqsədi daşıyır.

Dividend gəlirlərinin vergidən azad olunması məsələsində isə bu əmsalın tətbiqi nəzərdə tutulmur. Buna görə də müəssisənin dividend vergisi ilə bağlı vəziyyəti qiymətləndirilərkən onun real dövriyyəsi əsas götürülür. Real dövriyyə 200 min manatı keçdiyi halda, yalnız POS-terminal ödənişlərinə tətbiq edilən əmsal hesabına dövriyyənin aşağı görünməsi dividend gəlirlərinə vergi güzəştinin tətbiqi üçün əsas sayılmır.

Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulur. Beləliklə, təqdim olunan izaha görə, real dövriyyəsi 200 min manatı keçən müəssisənin dividend gəlirləri müvafiq vergi güzəştinə aid edilmədikdə 5 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 Oktyabr 2026 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri