Icma.az
close
up
RU
Baqramyan adlı genosid

Baqramyan adlı genosid

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rüstəm Qaraxanlı yazır...

Keçmiş SSRİ-nin erməni marşalı İvan Baqramyanın eyniadlı nəvəsi Ermənistan mediasına açıqlamasında babasının Xankəndidəki heykəlinin aqibətindən narahatlığını bildirib. Kiçik Baqramyan şikayətlənib ki, Ukraynada və Şərqi Avropada sovet hərbçilərinin xatirəsinə ucaldılmış abidələrin demontajı aktiv müzakirələrə səbəb olur, ancaq onun babası unudulur. Ailəsinin adından danışan kiçik İ.Baqramyan gileylənir ki, babasının Gəncədəki büstü 1988-ci ildə götürülüb. 2024-cü ildə isə Xankəndidə marşalın heykəli ilə yanaşı, digər sovet erməni hərbçiləri - donanma admiralı Ovanes İsakov və təyyarəçi Nelson Stepanyanın da büstləri sökülüb. Nəvə Baqramyanın sözlərinə görə, bu hadisələr onun ailəsində ağrı ilə qarşılanır və məyusluq doğurur.

İsakov əslən Türkiyənin Qars şəhərindəndir, Stepanyan isə Şuşada doğulub, uşaq yaşlarında İrəvana köçüb, ancaq əmək fəaliyyəti ilə, demək olar ki, Bakıda məşğul olub. Onun təyyarəçi kimi ərsəyə gəlməsi də Bakıda baş verib. 1897-ci ildə hazırkı Şəmkir rayonunun Çardaxlı kəndində doğulan Baqramyanın da əsl adı admiral İsakov kimi Ovanes olub. Ancaq o, adları çəkilən digər erməni hərbçilərdən fərqli həyat yolu keçib. 1915-ci ildə Rus imperiyasının Gürcüstanın Axalsixe bölgəsindəki 116-cı ehtiyat piyada alayında xidmətə qəbul edilib və dərhal da hazırkı İran ərazisindəki hərbi əməliyyatlara yollanıb, Həmədan döyüşlərində iştirak edib. 1917-ci ildə Rusiyada "Fevral inqilabı" zamanı türklərə və azərbaycanlılara qarşı amansız terror əməliyyatlarının əsas icraçılarından biri olan "Daşnaksütyun" partiyasına qoşulub. Erməni mənbələri onun adıçəkilən partiyaya, sadəcə, "dəstək verdiyini" yazsalar da, aydın məsələdir ki, söhbət Baqramyanın daşnaklara fəal şəkildə qoşulmasından gedir. Bir fərdin hər hansı partiyaya "dəstəyi" başqa nədən ibarət ola bilər?

"Daşnaksütyun"un bolşevik hökumətinə düşmən münasibətinə baxmayaraq, Baqramyanın sovet ordusundakı karyerası müəmmalarla əhatələnmiş təəccüb doğurur. Necə olur ki, "Daşnaksütyun" hazırkı Ermənistan ərazisində sovetlərə qarşı mübarizə aparır və onun fəal üzvlərindən biri sonradan SSRİ-də marşal rütbəsinədək yüksələ bilir? Nə səbəbdən oxşar yolda olan faşist Qaregin Njde əməllərinə görə həbs edilir, ancaq O.Baqramyanın daşnak keçmişi ona həyat yolunda və peşəkar fəaliyyətində çətinlik yaratmır?

Baqramyanın gənc yaşlarında, I Dünya müharibəsi illərində türk ordusuna qarşı döyüşlərdə iştirak etdiyi məlumdur. Erməni mənbələr Ovanesin Sərdarabad döyüşünün iştirakçısı olduğunu da yazırlar. Bu, gələcək marşalın daşnak olması onun türklərə və azərbaycanlılara qarşı hansı münasibət bəsləməsi barədə düşündürücü ipucu verir. Təsadüfi deyil ki, düz 70 il sonra Qarabağda baş qaldırmış erməni separatizminin ön cərgəsində bir vaxtlar Baqramyanın fəalı olduğu həmin "Daşnaksütyun" durub...

Son aylar ərzində erməni mediasında marşal Baqramyanın Xankəndidəki heykəlinin sökülməsi ətrafında səs-küy yaratmaq, hadisənin miqyasını şişirtmək cəhdləri izlənilir. Xəbərlərdə bunu "Azərbaycanın Qarabağdakı erməni tarixi və mədəni irsinə qarşı dözümsüzlük" aktı kimi təqdim edirlər. Hərçənd, Baqramyanın Qarabağla hansı əlaqəsinin olduğunun özü şübhə mövzusudur. Ovanes nə Qarabağda doğulub, nə də yaşayıb. Ermənilər hadisəni guya Azərbaycanın Rusiya üçün həssas olan İkinci Dünya müharibəsi irsinə qarşı addımı kimi təqdim etməyə çalışırlar. Bu məqama dönəcəyik, hələliksə qeyd edək ki, Baqramyanın heykəli Xankəndidə kök salmış erməni separatizminin, hərbi-siyasi xunta nümayəndələrinin tez-tez baş çəkdikləri yer olub. Ötən il, antiterror tədbirləri ərəfəsində separatçıların liderlərinin sülhməramlılarla birlikdə Baqramyanın Xankəndidəki heykəli önünə əklil qoymalarının videogörüntülərini Azərbaycanda hamı xatırlayır. Bu baxımdan, türk düşməni, daşnak olan bir şəxsin heykəli 30 il ərzində azərbaycanlılara qarşı qanlı cinayət planlarının hazırlandığı Xankəndidə hansı məntiqlə olmalıdır? Yaxud erməni marşalın heykəli hansı tarixi və mədəni abidələr kateqoriyasına daxildir?

Ermənilərin tarixən əzilən, yazıq, təqib olunan imiclə pərdələnərək qanlı faciələrin iştirakçısı, terrorun və siyasi qətllərlə müşayiət edilən cinayətlərin icraçısı olduqları məlumdur. XX əsrin əvvəllərində Türkiyə ərazisində onlara qarşı guya "soyqırımı"nın baş verməsi barədə manipulyasiyaların geosiyasi oyunlar kontekstində siyasi dividend qazandırmasından şirnikləşən ermənilər istənilən məğlubiyyətlərini "genosid" ranqına yüksəltməyə öyrəncəlidirlər. Ötən il öz xoşlarına Azərbaycan torpaqlarından qaçmaqlarını indi "soyqırımı" kimi qələmə verirlər. Halbuki, Qarabağ müharibələrinin ən qanlı səhifəsi olan Xocalı soyqırımını törədənlər də özləridir. Erməni fantaziyaları və saxtakarlığı elə bir marazm həddinə çatıb ki, Baqramyanın heykəlinin sökülməsini də "genosid" kimi təqdim etməkdən utanmırlar. Bir tərəfdən, Rusiyanı Ermənistanı işğal etməkdə suçlayırlar, digər tərəfdən isə II Dünya müharibəsini alət edib "sarı sim"də ifa ilə nəyisə əldə edəcəklərinə ümidlidirlər.

İşğal ərzində Ermənistan və separatçı xunta zəbt etdikləri Azərbaycan torpaqlarını viran qoyublar. Dağıdılan yüzlərlə tarixi abidə, maddi-mədəniyyət nümunəmiz, təhqir olunan dini ocaqlarımız var. Ancaq əgər söhbət II Dünya müharibəsi irsindən gedirsə, işğal edilmiş şəhər və kəndlərimizdə Azərbaycanın büdcəsi və azərbaycanlıların zəhməti ilə ucaldılan qələbə abidələri, parkları, heykəl və büstlər ermənilər tərəfindən niyə mühafizə edilməyib, əksinə, yer üzündən silinib? Laçında 1941-45-ci illərdə həlak olanların şərəfinə ucaldılmış monumenti Qarabağı işğal edərkən zərərsizləşdirilən erməni terrorçuların xatirə lövhəsinə çevirdiklərini unudublarmı? Keçmiş Dağlıq Qarabağ ətrafındakı rayonlar bir yana, "erməni şəhəri" saydıqları Şuşadakı abidə kompleksi nə səbəbdən bərbad və baxımsız gündə idi?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Dekabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see320

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see249

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see200

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see195

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see189

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see170

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see169

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see168

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see164

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see163

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see162

Lalə Məmmədova: “Öz dərdim bəsimdir”

14 Avqust 2026 14:44see155

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see154

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see153

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see153

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see153

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see151

Xankəndiyə qayıdan şəhid anası: Çox qarışıq hisslər keçirirəm

14 Avqust 2026 07:39see150

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see144

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri