Sosial şəbəkələrin cəmiyyətə təsiri: media necə davranmalıdır?
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli “Baku TV”nin efirində yayımlanan “Aktual Gündəm” verilişinin qonağı olub.
Moderator.az xəbər verir ki, sosial şəbəkələr, onların cəmiyyətə və media sektoruna təsiri ətrafında müzakirənin aparıldığı veriliş zamanı "TikTok" platformasının auditoriya genişliyi, bilgi istehlakında yaratdığı tendensiyalar, həmçinin sosial media istifadəçilərinin məsuliyyəti, kontent istehsalının xüsusiyyətləri və ənənəvi medianın yeni rəqəmsal reallıqlara uyğunlaşmasının vacibliyi kimi məsələlərə toxunulub.
H.Heydərlinin verilişdə üzərində dayandığı başlıca məqam isə budur ki, hazırda sosial şəbəkələr ictimai rəyi formalaşdıran, bütövlükdə gündəmi müəyyənləşdirən, ən əsası informasiya mübarizəsinin aparıldığı mühüm məkandır. Onların cəmiyyətə, ayrı-ayrı vətəndaş qruplarına təsir imkanları göstərir ki, media qurumları və jurnalistlər mövcud reallığa adekvat davranmalı, auditoriyanın dəyişən vərdiş və tələbatlarını düzgün qiymətləndirməli, bu məkanda daha fəal və peşəkar təmsilçilik aparmalıdırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 19 Noyabr 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















