Barak Obama adına mərkəz və muzey açılacaq
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
On ildən çox davam edən planlaşdırma və tikinti işlərindən sonra İllinoys ştatının Çikaqo şəhərində yerləşən Barak Obama Prezident Mərkəzi rəsmən iyunun 19-da fəaliyyətə başlayacaq.
Oxu.Az bu barədə AFP agentliyinə istinadən xəbər verir.
Mərkəzin açılışını bir gün əvvəl ABŞ-nin keçmiş prezidentinin özü edəcək. İlk ziyarətçiləri girişdə Barak və Mişel Obamanın heykəlləri qarşılayacaq. Çikaqonun cənubunda, Cekson parkında yerləşən və inşası 850 milyon dollardan çox vəsaitə başa gələn mərkəz vətəndaş azadlıqlarının təşviqi məqsədilə yaradılmış muzey, ictimai forum, kitabxana və gənclər üçün istirahət zonası da daxil olmaqla, bir çox mədəni, təhsil və ictimai məkanları özündə birləşdirir.
7.8 hektar sahəsi olan ərazi ABŞ-nin keçmiş prezidentinin karyerasına və irsinə ehtiram nümayiş etdirir. Kompleksin mərkəzi eksponatı ABŞ tarixindəki ilk qaradərili prezidentə həsr olunmuş muzeyin yerləşdiyi 69 metr hündürlüyündəki qranit obeliskdir.
Mərkəzin daxilində ziyarətçilər Barak Obamanın doğulmasından tutmuş, Oval kabinetdəki son günlərinə qədər olan həyat və fəaliyyəti ilə yaxından tanış ola biləcəklər. Bununla yanaşı, qonaqlar kafeteriyada keçmiş prezidentin sevimli yeməklərindən olan və 15.5 dollara (təxminən 26 manat) təklif edilən "Obama Burgeri"ni dada bilərlər.
Mərkəzin nümayəndələri bildirirlər ki, bina Obamanın 2008-ci ildən 2016-cı ilə qədərki prezidentlik dövründəki siyasətinin əsas istiqamətlərini əks etdirir. Ekspozisiyanın birinci mərtəbəsində prezidentin gəncliyinə aid əşyalar, ikinci mərtəbədə 2008-ci il seçkilərindəki qələbəsi, üçüncü səviyyədə isə prezidentlik dövrünün nailiyyətləri nümayiş etdirilir.
Baxış sayı:131
Bu xəbər 05 İyun 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















