Icma.az
close
up
RU
Barışığa xidmət edən addımlar atmırsınız

Barışığa xidmət edən addımlar atmırsınız

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) 23 aprel tarixli bəyanatında əks olunmuş anti-Azərbaycan iddiaları ilə bağlı Şuranın Baş katibinə məktub göndərib.

Məktubda Şura tərəfindən Azərbaycana münasibətdə regionda baş vermiş son hadisələrin ciddi şəkildə təhrif edildiyi qeyd olunub.

Məktubda belə yanaşmanın qəbuledilməz olduğu bildirilib.

“Təmaslarımız zamanı etiraf etmişdiniz ki, erməni kilsələri mütəmadi olaraq sizə təsir etməyə cəhd göstərir. Təəssüf ki, görünür bu cəhdlər öz “bəhrəsini” verməkdədir və ÜKŞ həqiqətə uyğun olmayan və sülh prosesini pozan qızışdırıcı təbliğatın aparılmasında və məsələyə süni şəkildə dini çalarlar gətirmək cəhdlərində alət kimi istifadə olunmaqdadır.

1993-cü ilin 8 fevral tarixində Montrödə ÜKŞ-nin vasitəçiliyi ilə görüşdə o vaxtkı bütün ermənilərin Katolikos-Patriarxı I Vazgen ilə imzaladığımız Birgə Kommünikedə bəyan etmişdik ki, “günahsız qanların tökülməsi ilə nəticələnən bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi qiymətləndirən bəzi cəhdlərə baxmayaraq, bu, dini münaqişə deyil. Xristian ermənilər və müsəlman azərbaycanlılar bundan sonra da sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq şəraitində yaşamalıdırlar.” Bu mövqeyimiz o zaman ÜKŞ tərəfindən birmənalı olaraq dəstəklənib.

Əfsuslar olsun ki, sizin ÜKŞ-yə rəhbərliyiniz dövründə təşkilatınız erməni kilsəsi ilə bizim aramızda barışığa xidmət edən addımlar atmır”.

Məktubda xatırladılıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20%-i 30 ilə yaxın müddətdə işğal altında qalıb, azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib və bir milyondan artıq soydaşımız öz doğma torpaqlarından zorla didərgin düşüb:

“BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən 4 qətnamə qəbul edib və erməni silahlı birləşmələrinin dərhal, tamamilə və qeyd-şərtsiz işğal olunmuş ərazilərimizdən çıxarılmasını tələb edib.

2020-ci ildə Azərbaycan beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsasən öz əzəli torpaqlarını işğaldan azad edib. 2023-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın bir sıra bölgələrində törədilən genişmiqyaslı silahlı təxribata cavab olaraq Azərbaycan, həyata keçirdiyi bir günlük anti-terror əməliyyatından sonra öz suverenliyini tam bərpa edib.

Bununla əlaqədar, Azərbaycanın tarixi torpaqlarını erməni ərazisi kimi təqdim etmək beynəlxalq hüququn pozulması və tarixi reallıqlara məhəl qoymamaqdır. Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri 2022-ci ilin oktyabrında Praqa görüşü nəticəsində verilmiş bəyanatda hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı vurğulayıb, Ermənistanın Baş naziri Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını rəsmən bildirib. Ötən ilin avqust ayında Vaşinqton Sammiti zamanı Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişində birmənalı olaraq hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmət ifadə olunur. Buna baxmayaraq, erməni kilsəsi hər zaman olduğu kimi, Qarabağın Azərbaycanın suveren ərazisi olması faktını qəbul etmir, erməniləri işğalçılıq siyasətinə, aqressiv separatizmə və revanşizmə çağırır, bu da, öz növbəsində iki ölkə arasında sülh prosesinə ciddi maneələr yaradır.

Bununla yanaşı, ÜKŞ bəyanatında guya erməni sakinlərin Qarabağdan zorla qovulduğu və onların hüquqlarının tapdalandığı barədə iddialar da tamamilə əsassızdır. Vurğulamaq istərdim ki, 2023-cü il anti-terror tədbirlərindən dərhal sonra BMT tərəfindən bölgəyə səfər etmiş missiyalar bu ərazidə dinc əhaliyə, mülki infrastruktura qarşı zorakılığın tətbiq olunmadığını təsdiq ediblər. Erməni təbliğatının dezinformasiyalarına baxmayaraq, beynəlxalq müşahidəçilərin də təsdiq etdiyi kimi, Azərbaycanın Qarabağ bölgəsində mülki əhaliyə qarşı heç-bir təzyiq və ya zorakılıq göstərilməyib və onlar bu ərazini könüllü olaraq tərk ediblər.

Bəyanatda eyni zamanda, Azərbaycanın ərazilərində dini və mədəni irsə münasibətdə səsləndirilən iddialar da əsassızdır. Əsrlər boyu Azərbaycanda pravoslav, katolik və yəhudi icmaları da daxil olmaqla, müxtəlif dinlərə məxsus ibadət yerləri və icmalar sərbəst fəaliyyət göstərib. Ölkəmiz öz ərazisində yerləşən bütün dini abidələrin, məscidlərin, kilsələrin və sinaqoqların heç bir fərq qoyulmadan qorunmasını və bərpasını təmin edir. Eyni zamanda Şuşada yerləşən erməni Qazançı kilsəsinin yenicə bərpa edilməsini, habelə bütün münaqişə boyunca Bakıda yerləşən erməni kilsəsinin dövlət tərəfindən mühafizə edilməsini xüsusilə vurğulamaq lazımdır. Bununla yanaşı, işğal dövründə Azərbaycanın məscid və digər dini-mədəni abidələrinin sistemli şəkildə dağıdılması faktlarının beynəlxalq dini qurumlar tərəfindən diqqətə alınmaması da təəssüf doğurur”.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://azpost.info
archiveBu xəbər 29 Aprel 2026 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri