Icma.az
close
up
RU
Doğrudanmı, tezliklə Rusiya barışığa gələcək?

Doğrudanmı, tezliklə Rusiya barışığa gələcək?

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanla Rusiya arasında gərginlik, doğrudanmı, tezliklə bitəcək?

İndi bu sual hər kəsi, xüsusilə, Rusiyada yaşayan Azərbaycanlıları və onların Azərbaycandakı ailəlırini çox düşündürür. Bu gərginliyin davam etməsi cəmiyyəti çox narahat edir.

Əlbəttə, bütövlükdə götürəndə münasibətlərdəki gərginlik hələ də qalır. Hətta Rusiyada bu, artıb-azalna tendensiyası göstərir. Yenə də Rusiyada Azərbaycanlılara hücum var. Bu, həm Azərbaycanlı biznesmenlərə, hətta oliqarxlara qarşı özünü göstərir, həm xırda ticarətçilərə, həm də diaspor təmsilçilərinə qarş baş verir. Hələ də Rusiyada Azərbaycanlıların döyülməsi, həbsi, deportasiyası halları var. Buna bir də Ukraynaya - müharibəyə göndərilmək kimi bir cəza növü də əlavə olunub. Rusiyanın Ukraynada apardığı müharibədə itkilərini, bu itkilərə dövlətin biganə münasibətini nəzərə alsaq, kimisə cəzalandırmaq məqsədilə Ukrayna cəbhəsinə göndərmək, o şəxsin barəsində ölüm hökmü çıxarmaq deməkdir.

Azərbaycanlılara qarşı bu və başqa növ cəzalandırma metodlarının tətbiqi Rusiyada davam edir. Bu, Rusiyanın, sadəcə, orada yaşayan Azərbaycanlılara qarşı münasibəti deyil, Azərbaycana və Azərbaycanlılara qarşı siyasətidir. Bu, Rusiyanın Cənubi Qafqazda mövcudluğu məsələsidir. Ona görə də Moskva öz neoimperialist siyasi xəttini dəyişməsə, bu gərginlik davam edəcək.

Rusiya Gürcüstanı itirib, Ermənistanı itirməkdədir. İndi isə Azərbaycanı itirmək təhlükəsini hiss edib. Bu da Cənubi Qafqazdan - Türkiyə və İran kimi iki böyük regional dövlətlə quru sərhədlərdən və bu sərhədlərə çıxış imkanlarından imtina etmək deməkdir. Eyni zamanda Rus strateqlırin fikrincə, hadisələrin bu cür inkişafı Rusiyanın isti dənizlərə çxışını çətinləşdirir. Azərbaycan bir NATO dövləti olan Türkiyə ilə müttəfiqlik sənədi imzalayıb. Ermənistan sürətlə Qərbə inteqrasiya olunur və eyni sürətlə Rusiya mərkəzli siyasi, hərbi və iqtisadi strukturlardan uzaqlaşır. Çox mümkündür ki, Ermənistan da AB-dən, ABŞ-da və ya Fransadan təhlükəsizlik təminatı alsın. O zaman Rusiyanın cənub cinahında NATO ilə qarşı-qarşıya gəlmə təhlükəsi var.

Bu, Rusiyaya iki səbəbdən sərfəli deyil: birincisi, o Ukraynada batıb qalıb, indi və ya orta perspektivdə onin daha bir bölgədə "İkinci cəbhə" açması real deyil, ikincisi, Rusiyanın Cənubi Qafqaz bölgəsi də var.

Rusiyada yəqin yaxşı anlayırlar ki, Cənubi Qafqazdan döyüşə-döyüşə çıxmaq da, Cənubi Qafqazda "döyüşə-döyüşə" qalmaq da bu ölkəyə sərf etmir. İkinci cəbhə açıb qarşısında Azərbaycanı, Türkiyə kimi bir NATO ölkəsini və Pakistan kimi bir nüvə dövlətini görmək heç sərfəli deyil. Üstəlik Cənubi Qafqazda Rusiyanın təsiri zəiflədikcə, Şimali Qafqazda da zəifləyəcək. Şimali Qafqaz hər nə qədər Rusiyanın ərazisi olsa da, Cənubi Qafqazda sabitliyin pozulması Şimali Qafqazda da əks-səda verəcək və bu, dediyimiz kimi, Şimali Qafqazda, daha sonra hətta Mərkəzi Rusiyada proseslərin Moskvanın nəzarərətindən çıxmasına səbəb ola bilər. Beləliklə, Ukrayna vasitəsilə Qərbin antiRusiya siyasətinin daha da güclənməsini nəzərə alsaq, işlər Rusiyanın parçalanması təhlükəsinə qədər gedib çıxar. Həmin situasiyada ABŞ və Britaniya, Avropa İttifaqı bir tərəfdən, Çin və Yaponiya başqa bir tərəfdən Rusiyanın parçalanmasında aktiv rol alacaqlar. Bu zaman ya hamının məğlub olacağı qlobal nüvə müharibəsi baş verəcək, ya da Rusiyada yeni bir çevriliş - hakimiyyət dəyişikliyi yolu ilə ölkəni xilas etmək istəyəcək daxili qüvvələr fəallaşa bilər.

Bütün bunları nəzərə alanda Rusiyanın öz ətrafına saçdığı təhlükəsizlik təhdidləri ilə yanaşı özü də çoxlu təhdidlərlə üz-üzədir. Hazırda Ukrayna ilə qaynar müharibə aparan Rusiya Azərbaycanla soyuqlaşan münasibətləri davamlı "soyuq müaribə" mərhələsinə keçirməkdə maraqlı görünmür. Ancaq eyni zamanda barışıq üçün addımları atan ilk tərəf də olmaq istəmir. Moskvaya elə gəlir ki, Azərbaycandan üzr istəsə, öz yanlışlarını etiraf etsə, bu, onun zəifliyi kimi qəbul olunacaq. Ona görə də Rusiya-Azərbaycan münasibətlərinin çox qısa zamanda düzələcəyi mümkün görünməsə də, qarşılıqlı təmaslarla indiki vəziyyət dondurula, müəyyən müddət ərzində münasibətıər nizama salına bilər. Ancaq istənilən halda Azərbaycan-Rusiya münasibətləri 27 iyundan əvvəlki vəziyyətə qayıtmayacaq. Mən hələ AZAL-ın təyyarəsinin vurulmasından əvvəlki vəziyyətə qayıtmağı demirəm. İkitərəfli münasibətlər üçün yaxşı xəbər odur ki, hər iki tərəf bu gərginliyi azaltmaqda və aradan qaldırmaqda maraqlıdır (hər halda ən azı diplomatiyanın üst qatında belə görünür). Pis xəbər isə bu münasibətləri gərginləşməsinə səbəb olan halların hələ də Rusiya tərəfindən davam etdirilməsidir.

Odur ki, nə çox optimist, nə çox pessimist olmağa əsaslar var. Realist yanaşdıqda, vəziyyətin tezliklə düzələcəyini demək mümkün deyil. Bunun da səbəbi məlumdur: Rusiyada neoimperialist qüvvələrin siyasi hakimiyyətdə üstün mövqedə olması. Onlar hələ də Ermənistandakı hərbi bazaya əlavə qoşun və texnika göndərirlər. Hələ də müstəqil dövlətləri vassala çevirmək üçün hərbi güc tətbiqi ilə təhdid edirlər...

P.S. Başı bu qədər daşa dəyən, yaxud daşa bu qədər dəyən adamlar hələ də ağıllanmır...

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 İyul 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri