Icma.az
close
up
RU
Barmen, marafonçu, yazar

Barmen, marafonçu, yazar

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qaçanda həyatın mənasını axtarmıram, onu yaradıram” - Haruki Murakami

Haruki Murakaminin "Qaçış haqda danışanda mən nədən danışıram" (2007) adlı avtobioqrafik oçerklərini oxuyuram. Xeyli vaxt sonra ilk dəfədir hansısa bir kitabı kompüterdən oxuyuram – kitabın yerini verməsə də, sırf bu nəhəng imzaya görə monitorun önünə keçib gündə bir saatımı buna ayırıram. Yavaş-yavaş oxuyuram, bitməsini istəmirəm, qorxuram ki, bitər.

“Nə vacibdir bu qarışıq vaxtda onun bu essesini oxumaq?”, – deyə sordu yoldaşım. – “Gözünə yazığın gəlmirmi?”. Cavab verə bilmədim. Ertəsi gün Kuruçeşmədə qaçarkən düşündüm ki, əslində heç bir vacib tərəfi yoxdur. Murakami 38 ildir yüngül atletika ilə məşğuldur – qaçır, həm də həftədə 5 gün qaçır.

Görkəmli yapon yazıçısı qaçmağa nisbətən gec başlayıb. “33 yaşımda atlet olduğumu anladım (yola bir qədər gec çıxsam da) və sonra yazıçı oldum”, – kitabında belə yazır. Qaçmağa başladığı illərdə kimsənin tanımadığı universitet məzunu idi, Tokionun kənar prefekturalarından birində açdığı barı çalışdırırdı – həm barmenlik və qarsonluq edir, həm də aşbazlıq. İşləri yaxşı gedirdi. Ancaq bir gün qaçmağa başlayır. Ondakı bu yenilik həyatını o dərəcədə dəyişir ki, iş həyatına nöqtə qoyub yazıçı olmağa qərar verir. Biznesi buraxır, qaçmağı isə yox.

Yaşı yetmişi keçməsinə baxmayaraq hələ də qaçır. “Əgər qaçmağa davam etməsəydim mənim əsərlərim indiki kimi olmazdı”, – deyir Murakami müsahibələrindən birində. Bir murakamisevər kimi "Qaçış haqda danışanda mən nədən danışıram" əsərindən bilərək uzaq dururdum. Çünki kitab yeni çıxanda siqaret çəkir, həyat tərzimə – yeməyimə, yuxuma diqqət etmir, bu gün fanatik tərəfdarı olduğum transhumanizm ideyalarından uzaqdım. Məgərsə bu kitabı oxumağa hazır deyilmişəm.

Kitabın rus nəşrindəki (2010) adı orjinaldakı kimi tərcümə olunub. İtalyanlar “Qaçma sənəti” (L'arte di correre), fransız və portuqallar isə “Uzun məsafəyə qaçan yazıçının avtoportreti” adı ilə dərc ediblər (mən bunu bəyənirəm). Bəlkə də kitabın adı yaponca daha yaxşı səslənir, ancaq yazı mədəniyyəti, musiqi zövqü və həyat sevgisi çox olan Murakaminin seçimi doğrusu heç xoşuma, türklər demiş “getmədi”…

Bir vaxtlar gündə 60 siqaret çəkən Haruki-san qaçmağa başlayanda siqaretin daşını atıb, sağlam həyat tərzi sürən ən nadir yazarlardan biridir. Kitabları milyon tirajla 50-dən çox dilə tərcümə olunan Murakami neçə ildir ədəbiyyat üzrə Nobel mükafatına ən real namizədlərdən biridir. 3 il əvvəl Nobeli çox az oxucunun tanıdığı Kazuo Ishigoroya adlı başqa bir yapon əsilli yazıçıya verdilər (İngiltərədə yaşadığı üçün ingilis yazıçısı kimi tanınır). Murakami marafonçu olmasaydı bu qədər böyük “qəhri” qaldıra bilməzdi. Zənnimcə, Murakamı bu mükafata çox, hətta müqayisə edilməyəcək qədər daha çox layiq idi.

Somerset Moem “Üz qırxmağın belə fəlsəfəsi var” deyə yazırdı. Görülən iş nə qədər darıxdırıcı olsa da meditativ mahiyyət qazanır. Kitab yazmaq üçün oturub yazmaq, qaçmaq üçün evdən çıxıb qaçmaq lazımdır. Yəni qaçmağı da diş fırçalamaq kimi sağlam vərdiş halına gətrimək mümkündür. Mən də 20 il əvvəl bunu vərdiş halına gətriməyə başladım.

Hərçənd ki, bu 20 il ərzində mən Murakami kimi “iş-aş qayğıları”ndan azad deyildim. Buna baxmayaraq həftədə ən az 40-50 km məsafə qət edirəm. Pandemiya dövründə isə bu göstəricini hətta həftəlik 70-75 km-ə çıxartdım. Mobil telefonumdakı “Runtastic” tətbiqi mənim ayda orta hesabla 310-330 km qət etdiyimi göstərir. Bir dostumun dediyi kimi bu performansla 25-30 günə İstanbuldan Bakıya rahat gəlmək mümkündür…

Murakami kitabı təbii olaraq qaçan insanlar üçün yazıb. İthafı da çox gözəldir:

“Bu kitabı yollarda qarşılaşdığım bütün qaçan insanlara ithaf edirəm, ötüb keçdiyim və məni ötüb geridə qoyanlara. Siz olmasaydınız mən qaçmağa davam edə bilməyəcəkdim”.

Tanınmış triatlon məşqçisi Mihail İvanov əsər haqda “Son on ildə qaçışın kütləvi hal almasına bu kitab qədər böyük təsir edən heç nə olmayıb. Qaçışla özünüzü kəşf edəcksiniz, daha doğrusu, yenidən yaradacaqsınız” yazıb.

“Qaçıramsa varam” yazır kitabda. Hər zamankı maraqlı üslubu ilə həm uzun məsafələrə qaçmaqdan, həm də marafonlardakı iştirakından yazır, idmanla ədəbi fəaliyyəti qarşılaşdırır. Haruki-san gözəl musiqi zövqü ilə də seçilir, elə bir əsəri yoxdur ki, onun içində musiqi olmasın, hər kitabının öz musiqisi var. Bir vaxtlar bar işlədən Murakami həm də gözəl aşbaz və qurmandır. Ancaq o, biznesi ədəbiyyatla qaçmağa dəyişib. Yaxşı ki, də dəyişib, çünki çox sevdiyim yazıçının bu səbəbdən ömrü uzanır və o, hər il yeni əsər çıxardır ortaya.

Yapon yazar kitabda uzun məsafələrə qaçmağa olan ehtirası haqqında düşünür, qaçmaq və yazmaq, hətta qaçmaq və həyatın özü arasında əlaqəni tapır. Əgər qaçmağa başlamısınızsa və qaçmağın daha böyük bir şey olduğunu hiss edirsinizsə, o zaman Murakamini oxuyun. Bəlkə də onun xatirələrində siz təkcə əlavə idman motivasiyası deyil, həm də öz hisslərinizin ifadəsini tapacaqsınız…

Murakami dünyanın bütün məşhur marafonlarında iştirak edib, özünü triatlonda sınayıb. Bir neçə il ərzində o, demək olar ki, hər gün 10 kilometr qaçır. Haruki Murakami görkəmli yüngül atlet deyildi, lakin qaçmaq üçün səhər 5-də duran bir çoxları kimi həyatını qaçışsız təsəvvür edə bilmirdi.

“Mən heç vaxt böyük atlet olmamışam və olmayacağam. Səviyyəm orta səviyyədədir, hətta alababatdır. Amma fərq etməz. Vacib olan bu gün özümü dünənkindən aşdığımı bilməkdir. Axı, uzaq məsafəyə qaçışda qalib gəlməli olduğumuz biri varsa, o da bizim əvvəlki mənimizdir”, – Murakami deyir bunları.

“Sağlam ikən qaçmırsansa xəstələnəndə onsuz da qaçacaqsan” yazır Murakami kitabında. Mən də öz növbəmdə ümid edirəm ki, bir sabah siz də evdən çıxıb qaçmağa başlayacaqsınız. Həm də xəstə olmadan, sağlam ikən. Balta sapı kimi möhkəm olan Murakamiyə baxın.

Mən də bir dəfə onun kimi etmişdim – sabahın alacaqaranlığında evdən çıxıb qaçmışdım…

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://ayna.az
archiveBu xəbər 03 Fevral 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri