Barro və Əraqçi telefon danışığı apardı
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Fransanın xarici işlər naziri Jan-Noel Barronun iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə A. Əraqçi özünün teleqram kanalında məlumat yayıb.
“Regiondakı hadisələr, ABŞ və İsrailin İrana qarşı hücumu müzakirə edilib”,- məlumatda qeyd olunub və əlavə edilib ki, söhbət zamanı İranın XİN rəhbəri Avropa İttifaqının mövqeyini tənqid edib.
ABŞ və İsrailin hava zərbələrinə bəraət qazandırmaqla yanaşı, yalnız bu məcburi müharibənin iqtisadi nəticələrindən narahatlıqlarını ifadə edən və təcavüzkarların İran xalqına qarşı hücumlarına səssiz qalan bəzi Avropa ölkələrinin mövqeləri pislənilib.
“İranın regionda müdafiə əməliyyatları keçirməsinin səbəbi, ABŞ-nin İrana qarşı qeyri-qanuni müharibə aparmaq üçün həmin ölkələrin ərazisindən, baza və təsisatlarından istifadə etməsidir”, – A. Əraqçi bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 30 Mart 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















