Icma.az
close
up
RU
Barrot: “Paris mülki infrastruktura hücumlara qarşıdır”

Barrot: “Paris mülki infrastruktura hücumlara qarşıdır”

Icma.az, Ayna saytına istinadən bildirir.

“İranın enerji infrastrukturu hədəfə alınarsa, İran rejimindən cavab tədbirləri gözləyə bilərik”

“Paris gərginliyin artması fonunda mülki infrastruktura hücumlara qarşıdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri “France Info”ya verdiyi müsahibədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.

O ABŞ Prezidenti Donald Trampın İrana qarşı mümkün təhdidləri və ultimatumları barədə xəbərlərə münasibət bildirərək, bu cür ritorikanın əvvəllər də səsləndirildiyini və hazırkı siyasi kontekstdə yeni olmadığını qeyd edib.

Barrot vurğulayıb ki, Fransa əhalinin gündəlik həyatını dəstəkləyən infrastruktur da daxil olmaqla, mülki hədəflərə edilən hər hansı hücumlara davamlı olaraq qarşı çıxır: "Artıq yanacaq qiymətlərinin sürətlə artdığını görürük. İranın enerji infrastrukturu hədəfə alınarsa, İran rejimindən cavab tədbirləri gözləyə bilərik ki, bu da onsuz da narahatedici vəziyyəti daha da ağırlaşdıracaq".

Nazir həmçinin Hörmüz boğazı məsələsinə toxunaraq, onun qlobal neft və qaz təchizatı üçün strateji əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Fransa, Böyük Britaniya da daxil olmaqla, bir neçə tərəfdaşla birlikdə bölgədə naviqasiya təhlükəsizliyini təmin etmək üçün beynəlxalq missiya yaratmaq imkanını nəzərdən keçirir.

Barrot hərbi gəmilərin ticarət gəmiləri üçün müşayiət təmin etdiyi Qırmızı dənizdəki Avropa əməliyyatını nümunə gətirib və oxşar mexanizmin bölgə ölkələri ilə əlaqələndirilərək Hörmüz boğazında da tətbiq oluna biləcəyini deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://ayna.az
archiveBu xəbər 07 Aprel 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri