Barsa nın köməkçi məşqçisi də Qurbanov kimi planşetini sındırdı VİDEO
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
19 aprel tarixində İspaniya La Liqasında 32-ci tur çərçivəsində Barselona - Selta Viqo (4:3) matçında maraqlı anlar yaşanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, matçın son dəqiqələrində "Barselona"nın məşqçiləri və furbolçuları penalti tələb ediblər. Bu zaman hakim onlarla eyni fikirdə olmayıb. "Barselona"nın baş məşqçisi Hans-Diter Flikin köməkçilərindən biri bu qərara qəzəblənib və planşetini yerə çırparaq sındırıb.
Xatırladaq ki, oxşar hadisə bir neçə gün əvvəl Azərbaycan çempionatında da baş vermişdi. Belə ki, "Qarabağ" FK-nın baş məşqçisi Qurban Qurbanov "Araz-Naxçıvan"la matçda hakimin qərarına əsəbiləşərək epizodun təkrarını izlədiyi planşeti təpik vuraraq sındırmışdı.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 21 Aprel 2025 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















