“Barselona” braziliyalı hücumçuya yeni müqavilə təklif etməyə hazırlaşır
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal" ötən mövsüm Rafinyaya görə "Barselona"ya 100 milyon avro ödəməyə hazır idi. Futbolçunun özünə isə illik 15 milyon avro maaş təklif edib. Sport24.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kataloniya klubu bilir ki, hazırda Rafinya ilə bağlı konkret təklif olmasa da, Səudiyyə klubları onunla maraqlanır. "Barselona" braziliyalı hücumçunu komandada saxlamaq niyyətindədir və ona yeni müqavilə təklif etməyə hazırlaşır. Yeni anlaşmaya əsasən o, İspaniya nəhənginin ən çox maaş alan oyunçularından birinə çevriləcək.
Qeyd edək ki, Rafinyanın klubla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. Kataloniya təmsilçisi onunla "nigahı" 2030-cı ilə qədər uzatmağı planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 09 Mart 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















