“Barselona” Diomandedən, “Real Madrid” isə Adeyemidən imtina edib
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Barselona” və “Real Madrid” yay transfer pəncərəsində iki futbolçu ilə bağlı fərqli qərarlar qəbul ediblər.
İdman.Biz xəbər verir ki, insayder Fabrizio Romano “Barselona”nın yayda “RB Leypsiq”in cinah futbolçusu Yan Diomandeni transfer etməyi nəzərdən keçirdiyini bildirib.
Kataloniya klubunun idman direktoru Deku 19 yaşlı futbolçunun oyununu bəyənib. Diomande özü də “Barselona”ya keçməkdə maraqlı olub. Lakin transferin maliyyə şərtləri klub üçün yüksək hesab edildiyindən danışıqlar davam etdirilməyib.
Bundan sonra “Real Madrid” futbolçunun transferi üçün hərəkətə keçib və Diomandeni heyətinə qatıb.
Digər tərəfdən, Dortmund “Borussiya”sı Kərim Adeyemini “Real Madrid”ə təklif edib. Ancaq Madrid klubu almaniyalı futbolçunun transferində maraqlı olmayıb.
Nəticədə Adeyemi üstünlük verdiyi “Barselona”ya keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 25 Oktyabr 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















