“Barselona“ dördüncü formasını “Real Madrid“ üzərindəki qələbənin 20 illiyinə həsr etdi FOTO
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
"Barselona" bu mövsüm üçün dördüncü forma dəstini nümayiş etdirib.
Moderator.az xəbər verir ki, bu forma 2005-ci ilin bugünkü tarixində "Santyaqo Bernabeu" stadionunda "Real Madrid"i məğlub etdikləri oyuna həsr olunub.
"Dördüncü forma dəsti "19 noyabr 2005-ci ildə "Real Madrid"ə qarşı səfər qələbəsinə həsr olunub", - deyə klubun Mətbuat Xidmətinin açıqlamasında qeyd olunub.
Həmin qarşılaşma "Barselona"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Samuel Eto və Ronaldinyo (2) vurub. Oyunun ən maraqlı anı isə Ronaldinyonun meydanı tərk edən zaman "Real Madrid" azarkeşləri tərəfindən ayaq üstdə alqışlanması olub.
Qeyd edək ki, bu mövsüm La Liqanın 10-cu turunda "Real Madrid" öz meydanında "Barselona"nı 2:1 hesabı ilə məğlub edib.
Baxış sayı:68
Bu xəbər 19 Noyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















