Barselona klubunun ilk xarici fanşopu Cənubi Qafqazda açılacaq
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Barselona" yaxın vaxtlarda ilk xarici mağazasını Cənubi Qafqazda - Gürcüstanda açacaq.
Oxu.Az xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının verdiyi məlumata görə, lisenziyalaşdırma və merçendayzinq biznesinin inkişafı proqramı çərçivəsində üç klub mağazası açılacaq.
Onlardan birincisinin açılışı martın 29-da Tbilisidə (Gürcüstan) baş tutacaq. Qeyd olunur ki, Gürcüstanın paytaxtında yerləşən mağaza həm də "Barsa"nın ilk xarici mağazası olacaq. Aprelin 1-də Malaqada yeni mağaza açılacaq. Üçüncü mağaza isə Palma de Mallorka hava limanında açılacaq. Tədbirin yay aylarında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Tbilisidəki mağazanın şəhərin tarixi mərkəzində yerləşəcəyi bildirilir.
Baxış sayı:118
Bu xəbər 22 Mart 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















