Icma.az
close
up
RU
Cənubi Qafqazda xarici təsir agenturası

Cənubi Qafqazda xarici təsir agenturası

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gürcüsran hökuməti riskli, amma düzgün addım atıb. Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər ertələyib.

Bu, ölkədə etiraz dalğasını yüksəldib. Təkcə Tiflisdə deyil, Kutaisidə, Zuqdididə, eləcə də, Acariyada və başqa bölgələrdə etiraz mitinqləri keçirilib.

Eyni zamanda Gürcüstanın Müdafiə və Xarici İşlər nazirliklərində bəzi əməkdaşlar bu qərara etiraz ediblər. Eləcə də, bir qrup məhkəmə hakimi hesab edir ki, bu qərar Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə və ölkənin milli maraqlarına ziddir. Həmin maddədə deyilir: "Konstitusion orqanlar Gürcüstanın Avropa İttifaqına və Şimali Atlantika müqaviləsi Təşkilatına tam inteqrasiyasını təmin etmək üçün öz səlahiyyətləri daxilində bütün tədbirləri görsünlər".

Hökumət də Konstitusion orqandır. Buna görə də etirazçılar Avropaya inteqrasiya danışıqlarının ertələnməsini Konstitusiyaya zidd addım kimi qiymətləndirirlər. Hətta müxalifətə qoşulmuş prezident Salome Zurabişvili bu qərarı "Konstitusion çevriliş" adlandırıb.

Əlbəttə, seçkilərdən sonra başlanmış, parlamentin ilk iclası ilə pik həddə çatmış, ancaq hökumətin formalaşmasından sonra artıq sönməyə doğru gedən etiraz hərəkətanı yenidən dirçəltmək üçün müxalifət əlavə arqument qazanıb. Ancaq hökuməti "Konstitusion çevriliş" cəhdində ittiham edib küçələrə çıxmaq hələ yetərli deyil, bu ittihamı sübut etmək lazımdır. Buna isə Konstitusiya Məhkəməsi qərar verə bilər. Hələlik KM-ə hər hansı şikayət verildiyi haqda məlumat yoxdur.

Şübhəsiz, hökumətin bu qərarı müxalifət üçün sanki göydəndüşmə olub. Gürcüstan müxalifəti həm bu qərardan, həm də Rusiya prezidenti Vladimir Putinin Gürcüstan hökumətini tərifləməsindən siyasi arqumentlər olaraq yararlanmağa çalışır. Ancaq bu, siyasi mübarizə məcrasında baş verir. Məsələnin bir də hüquqi tərəfi var.

Mübarizə hüquqi müstəviyə keçərsə, yenə də hökumətin özünü müdafiə etmək üçün arqumentləri yox deyil.

Məlumdur ki, 26 oktyabr seçkilərinin nəticələri ilə bağlı müxalifət nə siyasi, nə hüquqi müstəvilərdə qələbə qazana bildi. Gözlənilən səviyyədə hakimiyyət böhranı yaranmadı. Eynilə indi həm siyasi, həm hüquqi müstəvilərdə hökumətin Avrointeqrasiya qərarı mübahisələndirilə bilər. Hələ ki yalnız etiraz aksiyaları var. Mübahisə hüquqi mərhələyə keçərsə, hökumətin mövqeyi məlumdur: Gürcüstan əvvəla, Avropaya inteqrasiya siyasətindən birdəfəlik və qəti imtina etməyib, sadəcə, müvəqqəti olaraq danışıqları gündəmə gətirməməyi qərara alıb. Hətta bu keçici müddətin konkret hüdudlarını da göstərib; 2028-ci ilə qədər. Üstəlik Gürcüstanın Avropa İttifaqına daxil olması haqqında strateji qərarını bir daha təsdiq edib və yenə də konkret tarixi - 2030-cu ili dəqiq göstərib.

Başqa sözlə, Konstitusiyada nəzərdə tutulmuş normadan və strateji məqsəddən imtina olunmur; bu, strateji qərar deyil, taktiki qərardır. Taktiki qərarlar isə hüquqi mübahisə deyil, siyasi müzakirə predmeti ola bilər.

İkincisi, Avropa İttifaqı son seçkilərdən sonra Gürcüstanın quruma üzvlüyü ilə bağlı prosesi özü ertələyib. Gürcüstan hökumətinin qərarı əslində cavab addımıdır və

öz mövqeyini dəyişmək üçün Brüsselə təsir cəhdidir. Yəni Gürcüstan hökuməti anlatmağa çalışır və açıq mətnlə də deyir ki, Avropa İttifaqına və başqa Qərb mərkəzlərinə yalvarmaq niyyətində deyil, müstəqil dövlət kimi bərabərhüquqlu tərəfdaşlığa hazırdır.

Üçüncüsü, prezidentin, bəzi diplomatların, hərbçilərin, hakimlərin fərdi və qrup halında etiraz bəyanatları da göstərdi ki, əslində Gürcüstan hökuməti "Xarici təsirin şəffaflığı haqqında" qanun qəbul etməkdə çox düzgün addım atıb. Deməli, bir az da geciksə, xarici təsir agentləri dövlətin bütün strukturlarına yerləşərək, hörümçək toru kimi hər yerə yayılacaqdı, vəziyyət o həddə çatacaqdı ki, xarici agentura məmur korpusunu tam ələ keçirib, seçilmiş hökumətun müstəqil siyasi qərarlarını sabotaj edəcəkdi.

Bu, Türkiyədəki FETÖ şəbəkəsini xatırladır; ordudan məhkəməyə, diplomatik xidmətdən polisə, prokurorluğa, mediaya, təhsildən mədəniyyətə, idmana, vətəndaş cəmiyyətindən biznesə qədər bütün sferalara bədxassəli şiş kimi yayılmışdı. Türkiyə hələ də bu şəbəkə ilə mübarizə aparır.

Eyni hal Azərbaycanda da müşahidə olunurdu; 2000-ci illərdə hakimiyyət strukturlarındakı bəzi yüksək vəzifəli şəxslər, nazirlər və sair müxalifətlə, media və QHT-lərlə çulğaşaraq, Qərb kəşfiyyatının siyasi layihələrini reallaşdırmağa çalışdılar. Amma dövlət bu şəbəkəni aşkar və ifşa edərək, vurub cağıtdı. Sonrakı dövrdə də bu proses davam etdi; xarici təsir agentləri (xüsusilə, Leyla və Arif Yunuslar vasitəsilə) ən çox vətəndaş cəmiyyəti strukturlarında şəbəkələşməni gücləndirməyə çalışdılar. Dövlət sisteminə sızmaq çətinləşsə də (hətta mümkünsüz hala gəlsə də), QHT sistemində, mediada və bloqosferada bu işləri davam etdirdilər. Diplomatik xidmətdə müəyyən zəif həlqələri (məsələn, Arif Məmmədov və sair) tapa bilsələr də, dövlət strukturlarına təsirlərini yaya bilmədilər (həmin məlum dairələr öz təzyiq vasitələrini xaricə köçürüb, sosial media, yutub kanalları və sair sosial şəbəkə platformaları üzərindən ödənişli "distant müxalifətçilik" edirlər).

İndi Gürcüstanda bəzi diplomatların qanuni seçilmiş hökumətin siyasi qərarını sabotaj etmək cəhdi də Arif Məmmədovun Azərbaycanın diplomatik xidmətindən istefasını yada salır.

Deməli, Azərbaycan vaxtında bu şənəkələşmə proesinə qarşı ciddi addımlar atıb. O cümlədən, qanunla qadağan olunmuş üsullarla ölkədə media, bloqosfera subyektlərini, QHT-ləri maliyyələşdirmək cəhdlərinin qarşısı alınıb. Gürcüstan da bir az gecikmə ilə olsa da, məlum qanunu qəbul etməklə öz müstəqil dövlət iradəsini yad təsirlərdən, hətta diktat səviyyəsinə çatmış təzyiqlərdən qorumağa qərar verib.

Gürcüstanın indiki vəziyyəti 2000-ci illərin və daha əvvəlki dövrlərin Azərbaycanını xatırladır. O zaman ABŞ-ın və Avropa ölkələrinin səfirləri özlərini Azərbaycanın az qala hakimiyyət strukturları kimi aparırdılar. Bu, təkcə Qərbə də aid deyil, İran da Azərbaycanda siyasi partiyalardan ictimai təşkilatlara, dini icmalardan mediaya qədər çox yerdə gizli şəbəkələşmə ilə məşğul olmuşdu.

Müxtəlif ölkələri təmsil edən səfirlər diplomatik etiketi aşaraq, siyasətlə və başqa işlərlə məşğul olmağa başlamışdılar. Xahiş, təklif, tövsiyə deyil, göstəriş, təhrik, hətta təhdid dilində danışmağa meyl edənlər də olmuşdu. Azərbaycan bütün bunlara vaxtında və qətiyyətlə son qoydu.

İndi həmin dövlətlərin Tiflisdə oturan səfirləri Gürcüstan hökuməti ilə eyni cür rəftar etməyə çalışırlar və xəbərdarlıq da aldılar. Baş nazir İrakli Kobaxidze Avropa İttifaqının və başqa ölkələrin səfirlərinə: "Daxili işlərimizə qarışmayın, belə davam etsə, diplomatik tədbirlər görəcəyik" deyə səsləndi.

Bəli, xarici təsir agentlərinə çevrilmiş bəzi gürcü diplomatları, hərbçiləri, hakimlər və sair özlərini deşifrə etdilər. Azərbaycandakı Qərppərəst media seqmentində bu demarşlar, istefalar: "Gürcüstan hökuməti Xarici İşlər Nazirliyində və Müdafiə Nazirliyində dəstəyini itirir" kimi şərh olunur. Ancaq bu, kütləvi xarakterli bir proses deyil. Söhbət bir neçə, lap bir neçə qrup şəxslərdən gedir.

Düşünürəm, Gürcüstan diplomatik xidməti və ordusu bir qrup adamın istefası ilə sarsıla bilməz. Eyni hal Azərbaycanda da, başqa ölkələrdə də yaşanır. Qərb ölkələrinin özündə bunlar sanki normaya çevrilib. Son seçkilər ərəfəsində Qərbin Azərbaycandakı təsir agenturası da iddia edirdi ki, Gürcüstan parlamentinə seçkilərdə müxalifət qalib gələcək, olmadı. Dedilər, meydanlara axışıb, inqilab edəcək, o da baş tutmadı. Sonra dedilər, barajı keçən müxalifət partiyaları parlamenti boykot edib, hökumətin qurulmasına mane olacaq, seçkilərin nəticələrinin ləğvinə və təkrar seçkiyə nail olacaq. Yenə olmadı.

İndi isə Avrointeqrasiya danışıqlarının ertələnməsini arqumentə çeviriblər. Hərçənd, dediyimiz kimi, Avropa İttifaqı özü bu prosesi dayandırıb. Gürcüstan hökuməti qrantlardan imtina edib, amma daha əvvəl Avropa İttifaqı, eləcə də, ABŞ özləri bu qərarı verib; Gürcüstana maliyyə dəstəyini kəsib.

Əgər etiraz etmək lazımdırsa, bunun ünvanı Tiflisdəki İrakli Kobaxidze hökuməti deyil, Vaşinqtondakı və Brüsseldəki hökumətlərdir. Öz vəzifələrində son dəmlərini yaşayan Co Bayden administrasiyasının üzvləri, eləcə də, Ursula fon der Leyen başda olmaqla Avropa Komissiyasıdır.

Çünki Gürcüstan öz Konstitusiyasında nəzərdə tutduğu strateji məqsəddən imtina etməyib, adlarını çəkdiyim Qərb mərkəzləri qanuni seçilmiş hökumətlə işləməkdən və deməli, bütövlükdə Gürcüstandan daha əvvəl özləri imtina ediblər.

Sonda bir qəribə nüansı da diqqətə çatdırım: Gürcüstanı, elə Azərbaycanı da Rusiya ilə yaxınlaşmaqda təqsirləndirən ölkələr özləri Rusiya ilə yaxınlaşmağın yollarını axtarır. Bəziləri tapıblar da.

AntiRusiya siyasətinin başında duran ölkədə - ABŞ-da Rusiya ilə dostluq vəd edən Donald Tramp prezident seçilib.

Məncə, bu barədə başqa şərhə ehtiyac qalmır.

P.S. Çox "Avropa! Avropa!" deyənlərə mühüm postda oturan iki Avropalının sözlərini xatırladacam.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel: "Biz inkişaf etmiş ölkələrlə ünsiyyət qurmağı bacarmırıq. Özümüzü təkəbbürlü aparırıq".

(The Gusrdian nəşrinə müsahibəsindən)

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrel: "Avropalılar dünyanın mərkəzi olduqlarını düşünməyə davam edə bilməzlər, çünki bu belə deyil, biz artıq çoxdan mərkəz deyilik. Biz dünya əhalisinin 5%-ni təşkil edirik, qlobal iqtisadiyyatda çəkimizi itirmişik. Qabaqcıl sahələrdə əhəmiyyətli texnoloji geriliyimiz, çox aşağı doğum səviyyəmiz, çox zəif müdafiəmiz var".

(RNE radiostansiyasına müsahibəsindən)

Məncə, hələlik bu qədər bəs edər...

Bahəddin Həzi, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Noyabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri