Barselona lı futbolçunun doğma vətənə qayıdışı...
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2024-cü ildə Braziliyanın "Atletiko Paranaense" klubundan "Barselona"ya 40 milyon avroya transfer olunan Vitor Uqo Roke Ferreyra yenidən doğma ölkəsinə qayıdıb.
Sportal.az xəbər verir ki, "Barselona" hücümçunun "Palmeyras" klubuna transfer olunduğunu elan edib. Transfer məbləği 25,5 milyon avro təşkil edib və əlavə 5 milyon avro bonuslar nəzərdə tutulub. Onun "Palmeyras"la müqaviləsi 2029-cu ilin sonuna qədər qüvvədə olacaq.
20 yaşlı Roke karyerası ərzində "Kruzeyro" və "Atletiko Paranaense" klublarında da çıxış edib və perspektivli hücumçu kimi tanınıb. Onu da qeyd edək ki, "Barselona"nın heyətində Roke La Liqada 14 oyun keçirib və 2 qol vurub. 2024-cü ilin avqust ayında isə o, icarə əsasında "Betis" klubuna keçib və burada 22 oyunda 4 qol vurub. Onun "Palmeyras"a keçidi Avropa klublarından sonra Braziliya futboluna qayıdışını ifadə edir.
Baxış sayı:149
Bu xəbər 28 Fevral 2025 23:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















