Barselona maskotunu təqdim etdi Şəkillər
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Kataloniya "Barselona"sı klubun 125 illik yubileyi şərəfinə yeni maskotunu təqdim edib.
QOL.az xəbər verir ki, təqdimat klubun yubiley mərasimində olub.
La Liqa təmsilçisi sosial şəbəkə hesablarında paylaşım edərək maskot haqqında bunları yazıb:
“Biz Qrangel qardaşlarının "Barselona" ilə birlikdə 125 illik yubileyimiz münasibətilə yaratdığı pişik talismanını alqışlayırıq. Pişik ünsiyyətcil, xarizmatik və şəndir... Bu, dünyanın ən yaxşı klubunun ən yaxşı talismanıdır”.
Qeyd edək ki, "Barselona" növbəti matçında "Las Palmas"la qarşılaşacaq. matç bu gün keçiriləcək.
La Liqada 14 turdan sonra 34 xal toplayan "Barselona" turnir cədvəlinə liderlik edir. Çempionlar Liqasında isə komanda 3-cü yerdədir. Hans-Diter Flikin "Barselona"sı 5 matçda 12 xal toplayıb.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 30 Noyabr 2024 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















