Barselona misirli futbolçunu hədəfə aldı
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Barselona" yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.
QOL.az xəbər verir ki, "The Touchline" və "Sport" nəşrinin yaydığı məlumata görə, kataloniyalıların adı uzun müddətdir "Atletiko"nun hücumçusu Xulian Alvareslə hallansa da, klubun siyahısında alternativ variantlar da var. Bildirilir ki, "Barselona" Alvaresə əvəzləyici kimi "Mançester Siti"nin forvardı Omar Marmuşu nəzərdən keçirir.
Misirli futbolçu "Mançester Siti" heyətinə 2025-ci ilin yanvarında qoşulub. Həmin vaxtdan bəri o, "şəhərlilər"in heyətində 49 rəsmi matçda meydana çıxıb, 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Transfermarket" portalı 27 yaşlı Marmuşun bazar dəyərini 65 milyon avro olaraq qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 24 Fevral 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















