Icma.az
close
up
RU
Lənkəranskinin adamı 7 nəfərə qanuni oğru adı verdi 13 il sonra İLK

Lənkəranskinin adamı 7 nəfərə qanuni oğru adı verdi 13 il sonra İLK

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Kriminal aləmdə 13 illik fasilədən sonra ilk dəfə yeddi nəfərə “qanuni oğru” adı verildiyi bildirilir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Oniаni-Canqveladze klanı Laşa ilə barışıq əldə edə bilmədikdən sonra kriminal qruplaşmaların yeni üzvləri “qanuni oğru” kimi qəbul etməsinə qoyulan qeyri-rəsmi qadağanı birtərəfli qaydada aradan qaldırıb.

Məlumata görə, 2013-cü ildən etibarən kriminal aləmin müxtəlif klanlarına mənsub “qanuni oğrular” yeni şəxslərin bu statusa qəbul edilməsindən çəkinirdilər.

13 illik fasiləyə İtaliyada keçirilən toplantıda son qoyulub.

Toplantıda Taro və Merab da daxil olmaqla 15-ə yaxın “qanuni oğru” iştirak edib. Yeddi nəfərə bu statusun verilməsi barədə qərar qəbul olunub.

Bildirilir ki, qərar vaxtilə bu prosesə moratorium qoymuş Şakro ilə də razılaşdırılıb.

Yeni “qanuni oğru”lardan hələlik yalnız birinin kimliyi məlumdur. O, Kutaisi şəhərində anadan olmuş 37 yaşlı Vaja Sulamanidzedir. Məlumata əsasən, Sulamanidze bir müddət əvvəl Moskvaya səfər edərək kriminal aləmin nüfuzlu nümayəndələri ilə görüşüb. Mənbənin sözlərinə görə, onu digər “qanuni oğrular”a Suxumdan olan, “Kimo” ləqəbi ilə tanınan Otari Kvaratsxeliya təqdim edib.

Vaja Sulamanidze

Vaja Moskvada olduğu müddətdə Şakro, Bədri, Vaqif, Suren, Artur və həmin vaxt paytaxtda olan Edik Saxno ilə görüşməyə nail olub.

Lakin Moskvadakı kriminal avtoritetlərin bu fəallığı Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı Baş İdarəsinin əməkdaşlarının diqqətindən yayınmayıb.

Oktyabrın 16-da gələcəkdə “qanuni oğru” statusu alacağı gözlənilən Vaja Sulamanidze saxlanılıb. Ona Moskvada qalmasının arzuolunmaz olduğu bildirilib və daha sonra İtaliyaya geri göndərilib.

Məlumata görə, uzun müddətdir “qanuni oğru” adı alacağı gözlənilən bəzi şəxslərin yeni qəbul edilən yeddi nəfər arasında olmaması prosesin davam edə biləcəyini göstərir.

Ehtimal olunur ki, “italyanlar” kimi tanınan kriminal qruplaşma üzvlərinin sayını artırmağa çalışacaq. Hazırda bu qruplaşmanın üzvlərinin sayının rəqib hesab etdikləri “yunanlar”dan az olduğu bildirilir.

Xtırladaq ki, 2013-cü ildə İrəvanda keçirilən kriminal toplantıda yeni şəxslərin “qanuni oğru” kimi qəbul edilməsinə qadağa qoyulmazdan əvvəl, təkcə həmin il ən azı 77 nəfərə bu status verilmişdi.

Qeyd edək ki, Merab Canqveladze mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin yaxın adamlarından biri olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 Oktyabr 2026 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri